Mədəniyyət fərdlərin rəqabət meydanı deyil, əsərlərin rəqabət meydanıdır

28-12-2025, 09:54           
Mədəniyyət fərdlərin rəqabət meydanı deyil, əsərlərin rəqabət meydanıdır
Sovet İttifaqı oxlokratiyanın, yəni qara camaatın ittifaqı idi deyə bütün sahələrdə bir ölçü meyarı vardı - qəhrəmanlıq! Peşəkarlıq yüksək maaş tələb edirdi və oxlokratiyanın da pulu yox idi deyə insanların yönünü qəhrəmanlıq səmtinə çevirmişdilər.
İndiki Şimali Koreyada olduğu kimi.
Sovet vaxtı şair də qəhrəmanlıq göstərməliydi, üzümyığan da, dərzi də. Və bu qəhrəmanlıqlar sonda ordenlərlə, medallarla mükafatlandırılırdı ki, bu da qəhrəmanlıq tarixinin ənənəsindən gəlirdi.
Bu sovet ənənəsi o vaxt bəlkə də, faydalıydı, amma bu gün zərərlidir, xüsusilə mədəniyyət sahəsində.
Çünki mədəniyyət qəhrəmanlıq məsələsi deyil, intellekt məsələsidir. İntellektin dəyərləndirmə meyarı isə budur: ona dəstək olacaq, özünü ifadə edəcək qədər resurs qazanmaq üçün imkan tanıyacaqsan. Bitdi.
Bu gün şair, artist, yazıçı, filosof, heykəltaraş, rejissor və s. orden-medal, fəxri ad davası edirsə, özünün gerizəkalı, savadsız, avam adam olduğunu elan etmiş olur.
Bu davanın çağdaş dövrə tərcüməsi budur: Mən məşğul olduğum yaradıcılıq sahəsində peşəkarlıq yox, qəhrəmanlıq göstərmişəm. Peşəkar olmağa intellektim çatmasa da, qəhrəmanlıq göstərməyə gücüm çatıb. Hanı mənim medalım, fəxri adım?
Müstəqillik aktından sonra doğulub medal, fəxri ad davası edən bütün vətəndaşlarımız savadsızdır, ortababdır, qeyri-peşəkardır. Əslində, daha ağır ifadələr yazmalıydım.
Mədəniyyət fərdlərin rəqabət meydanı deyil, əsərlərin rəqabət meydanıdır. Mədəniyyət sovet vaxtı fərdlərin rəqabət meydanıydı, çünki meyar şəxsi qəhrəmanlıq idi.
Игидай Дадашов
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]