Gömrük Komitəsinə sərt sözlər - "İşçilər qorxu içindədir"

28-12-2025, 09:47           
Gömrük Komitəsinə sərt sözlər - "İşçilər qorxu içindədir"
“Məni dövlət orqanlarında, o cümlədən Gömrük Komitəsində ciddi narahat edən bir vəziyyət var. Sistemdə elə bir mexanizm formalaşıb ki, bir pillə yuxarıda dayanan rəhbər, sanki yalnız təzyiq göstərmək yolu ilə nəticə əldə etməyi üstün tutur”.
Bunu Ajans.az-a açıqlamasında millət vəkili Razi Nurullayev deyib. Onun sözlərinə görə, aşağıda çalışan əməkdaş daim izahat vermək, səhv axtarışına cavab tapmaq və qorxu ilə işləmək məcburiyyətində qalır:

“Bu, idarəçilik deyil, bu, insanı psixoloji basqı altında saxlayan köhnə və səmərəsiz yanaşmadır. Ağır iş rejimi, həddən artıq nəzarət, bitib-tükənməyən göstəricilər və “səhv etsən, cəzalandırılacaqsan” hədəsi insanları purjun kimi sıxılmış vəziyyətdə saxlayır. Belə mühitdə nə təşəbbüs qalır, nə də xidmət keyfiyyəti. İnsanlar sadəcə cəzadan yayınmağa çalışır, vətəndaşa xidmət isə ikinci plana keçir”.

Deputat qeyd edib ki, bu yanaşma kökündən dəyişməlidir:

“Dövlət orqanlarında intizam olmalıdır, amma dəhşətli qorxu atmosferi yox. İşçiyə etimad, ədalətli qiymətləndirmə və normal iş şəraiti yaradılmadan heç bir islahat real nəticə verməyəcək. İdarəetmə mədəniyyəti dəyişməsə, struktur islahatlarının da effekti yarımçıq qalacaq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru