Liderlər qarşılıqlı görüşdən sonra NƏLƏRİ AÇIQLADI?
29-12-2025, 15:06

ABŞ Prezidenti Donald Tramp ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında Mayami şəhərində baş tutan görüşdən sonra tərəflər öz düşüncələrini bölüşüblər.
Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, iki saatdan artıq davam edən danışıqlardan sonra Donald Tramp görüşün “çox yaxşı keçdiyini” bildirib və tərəflərin müharibənin başa çatdırılmasına yaxın olduğunu açıqlayıb.
Tramp görüşdən sonra verdiyi açıqlamada Rusiya Prezidenti Vladimir Putinin mövqeyinə də toxunaraq bunları deyib:
“Zelenski ilə görüş çox gözəl keçdi. Tərəflər Ukraynada nizamlanmaya çox yaxınlaşıblar. Putin Ukraynanın uğur qazanmasını istəyir və buna nail olmaq üçün müəyyən addımlar atır. Rusiya Ukraynanın bərpasına kömək etməyə hazırdır. Mən bunu Putinlə müzakirə etdim və onun bu məsələdə ‘çox böyük səxavət’ nümayiş etdirdiyini gördüm”.
ABŞ Prezidenti bildirib ki, Rusiya–Ukrayna müharibəsində ərazi məsələsi hələ də tam həllini tapmayıb. Onun sözlərinə görə, Ukrayna sazişində ən çətin olan bir və ya iki məsələ hələ açıq qalır:
Ukraynada təmas xətti üzrə razılaşma hələ əldə olunmayıb. Bununla belə, tərəflər yekun razılaşmaya çox yaxındır. Bazar günü keçirilən danışıqlarda Ukrayna nizamlanması ilə bağlı məsələlərin təxminən 95 faizi üzrə razılıq əldə olunub”.
Donald Tramp yaxın aylarda daha çox ərazi itkilərinin baş verə biləcəyi ehtimalını da istisna etməyərək, Ukrayna ilə bağlı tezliklə razılaşmanın əldə olunmasının vacibliyini vurğulayıb.
Görüşdən sonra Ukrayna Prezidenti Volodimir Zelenski də açıqlama verərək bildirib ki, yaxın həftələrdə sülh prosesini yekunlaşdırmaq məqsədilə yeni danışıqlar keçiriləcək. O, sülh planının müəyyən maddələri üzrə referendum keçirilməsinə icazə verildiyini də qeyd edib:
“ABŞ və Ukrayna arasında təhlükəsizlik zəmanətləri 100 faiz razılaşdırılıb. Avropa ilə birlikdə üçtərəfli təhlükəsizlik təminatları isə demək olar ki, tam razılaşdırılıb”.

