“Karaca” mağazasında müştəriləri belə aldadır-Video

31-12-2025, 12:57           
“Karaca” mağazasında müştəriləri belə aldadır-Video
Baku TV-nin qaynar xəttinə “Karaca” mağazası ilə bağlı şikayət daxil olub. Şikayətçi Ləman Abbaslı bildirir ki, “Karaca” mağazasından 3 min manatlıq alış-veriş edib və bu zaman ona hədiyyə vəd olunub: “Dedilər ki, çox alış etdiyimə görə 6-7 ədəd ütü hədiyyə verəcəklər. Kredit şöbəsinə yaxınlaşdım, dedilər ki, hədiyyələri indi verməyəcəyik, 18 ay tamam olanda gəlib götürəcəksiniz”. Onun iddiasına görə, kredit müddəti başa çatdıqdan sonra da hədiyyələr təqdim edilməyib: “18 ayım tamam olanda çeki göndərdim və dedim ki, hədiyyələrimi təqdim etməlisiniz. Cavab verdilər ki, hədiyyələr verilməyəcək”. Bundan əlavə, vətəndaş ƏDV qəbzinin təqdim olunmadığını da vurğulayıb: “3000 manat ödəniş etmişəm, amma ƏDV təqdim olunmayıb. Dedilər ki, get, nə istəyirsənsə et”. Məsələ ilə bağlı “Karaca” mağazasının meneceri Cahangir Rəsulzadə açıqlama verib. O, iddiaları belə şərh edib: “Ödənişlərdə gecikmələr olduğu üçün hədiyyələr təqdim olunmayıb. Müqavilədə də göstərilib ki, gecikmə olarsa, hədiyyələr verilməyəcək”. Baku TV-nin çəkilişindən sonra hər iki tərəf yenidən əlaqə saxlayaraq bildirib ki, danışıqlardan sonra məsələ qarşılıqlı razılaşma əsasında həll olunub. Xatırladaq ki, istehlakçı ilə şirkət arasında bağlanan müqavilə hüquqi sənəd sayılır və orada göstərilən bütün şərtlər icra olunmalıdır. Belə hallarla qarşılaşan vətəndaşlar isə müvafiq dövlət qurumlarına müraciət edə bilərlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]