Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
2-01-2026, 08:24
Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni illə bağlı xalqa müraciətində bir sıra regional və geosiyasi mesajları ilə diqqət çəkdi.
Ermənistan mediası da İlham Əliyevin bayram təbrikindəki mesajlarına xüsusi yanaşıb və “Biz yeni müharibəyə hazırlaşmırıq” sözlərini də paylaşıb.
İlham Əliyevin başqa ölkələrin torpağında gözümüzün olmadığı, buna baxmayaraq, ordumuzun güclənməsinin davam etdiyi haqda fikirləri də təqdim edilib.