20 yanvar 2025-cü il, yəni Trampın inaqurasiyası günü artıq beynəlxalq hüququn rəsmən dəfn olunması günüdür.
5-01-2026, 15:24

Təhlil edək
20 yanvar 2025-cü il, yəni Trampın inaqurasiyası günü artıq beynəlxalq hüququn rəsmən dəfn olunması günüdür. Həmin gündən etibarən beynəlxalq hüququn mövcud olduğu dünyada yaşamırıq, güc hüququnun hökm sürdüyü dünyada yaşayırıq. ABŞ bunu rəsmən elan etdi.
Xoşumunuza gəlib gəlməməyindən asılı olmayaq bu gerçəklikdir.
Bu o demək deyil ki, dünyanın bu cür quruluşu əbədi olacaq. Xeyr. Dünya bu mərhələdən keçəcək, nə vaxtsa yeni bir model formalaşdıracaq, boş və təsirsiz BMT-dən yeni işlək mexanizlər yaradacaq. Dünya iqtisadiyyatı üçün qaydaların olmasının qaydasızlıqdan daha yaxşı olduğu barədə yenidən konsensus yaranacaq. Bu bir prosesdir, amma indiki durum göz qabağındadır.
Trampın guya Venesuelanı Ukraynaya "dəyişməsi" məsələsinə gəlincə.
Bu belə deyil. Qərb yarımkürəsi ABŞ-ın maraq zonasıdır və Trampa bunun üçün Putinin razılığı lazım deyil. Tramp dəfələrlə deyib ki, Ukrayna Avropadadır və bu, Avropa ölkələrinin maraq zonasıdır. Bu iki tezis RƏSMİ şəkildə ABŞ-ın yenilənmiş Milli Təhlükəsizlik Strategiyasına daxildir.
Amma Tramp Ukraynadakı müharibəni dayandırmadan sakitləşməyəcək, otaqdakı "fil" həddindən artıq böyükdür və dünən ona bu barədə yenə sual verdilər (və verməyə davam edəcəklər). Ukraynaya gələcək razılaşmada ABŞ-dan təhlükəsizlik zəmanətləri lazımdır və onlar OLACAQ.
Mən daim yazırdım ki, bu gün ABŞ dünyada yeganə supergücdür. Birinci iqtisadiyyat və ya ən böyük müdafiə büdcəsi mövzusunu kənara qoyun, sadəcə dünənki əməliyyata baxın.
Dünyada heç bir ölkə bu qədər mürəkkəb hərbi əməliyyat keçirə bilməz, bu mümkün deyil. Əməliyyat dəniz blokadası ilə başladı, dünən yüzlərlə təyyarə və onlarla gəmi cəlb olundu, kəşfiyyat, xüsusi təyinatlılar, tətbiq edildi (Venesuela HHM-i faktiki olaraq kor vəziyyətə salındı) və sair və sair. Hər şey saat mexanizmi kimi işləyirdi. Bu, unikal bir əməliyyatdır.
Bunu Rusiyanın Qostomeldəki desant əməliyyatı ilə müqayisə edin.
Venesuelada hakimiyyətin tranziti
Rubio Venesuelanın vitse-prezidenti ilə telefonla danışıb və bildirib ki, o, hakimiyyətin dinc tranzitində əməkdaşlıq edəcək. Rubio eyham vurur: onun sözlərinə çox fikir verməyin, o, Maduronun taleyini təkrarlamaq istəməyəcək. Əgər bu buna ehtiyac olacaqsa, ABŞ əməliyyatın ikinci dalğasını keçirməyə hazırdır.
Neft məsələsi
Tramp Çinə narahat olmamağı desə də, ABŞ-ın həqiqətən də Çin əleyhinə əlavə bir kartı ortaya çıxıb.
Qərbi dişsizlikdə ittiham edirdiniz? Bu da sizə dişli Qərb, bütün nöqsanlara rəğmən.
Şəkilə diqqətlə baxın, sıravi venesuelalılardır. "Beynəlxalq hüququn pozulmasını" bayram edirlər. Əgər BH pozulması insanları zülmətdən, təqiblərdən, qandallardan azad edəcəksə, qoy pozulsun. Qanunlar insanların rifahı üçün yazılır və həmin qanunlar insanların rifahı üçün pozulursa, qorxulu bir şey olmaz.
Kamran Cəfərov
TEREF

