Azərbaycan Qacar Xanədanının son varisi Şahzadə Babək Mirzə və xanımı Leyla Mirzə FOTO

12-01-2026, 15:39           
Azərbaycan Qacar Xanədanının son varisi Şahzadə Babək Mirzə və xanımı Leyla Mirzə FOTO
Babək Mirzə ilk dəfə 1994-cü ildə Azərbaycanda olub. Onun ikinci səfəri 2016-cı ildə baş tutmuşdu.
Babək Mirzənin nəsil şəcərəsi.
Şahzadə Babək Mirzə Fətəli şahın nəvəsidi. Fətəli şah Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin qızı Ağabəyimlə evlənib. Onun nəvələrindəndi. Məhəmməd Vəli Mirzə, Cəfərqulu Mirzə, Abbas Mirzə, Ramazan Mirzə, sonra isə Babək Mirzə.
Babək Mirzənin atası Bakıda doğulub...
"Mənim atam 1922-ci il mayın 1-də Bakıda dünyaya gəlib. İran vətəndaşı olduğuna görə 1938-ci ildə bizim ailə NKVD tərəfindən məcburi şəkildə İrana göndərildi.
Biz Qacar nəslindənik. Atam Pəhləvi İranında rahatlıq tapmadı. 1956-cı ildə cibində cəmi 100 ABŞ dolları ilə Qərbi Berlinə getdi. Mən də 1970-ci ildə Qərbi Berlində dünyaya gəlmişəm. Mənim xanımım da Berlində dünyaya gəlib".
Şahzadənin həyat yoldaşı Leyla Mirzə də türkdür. İki övladları var.
Oğlu Soltan Abbas 35 yaşında, qızı Fatimə Sürəyya 28 yaşındadır.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]