"Torqovıy"da icazəsiz söküntü iddiası: Şəhər infrastrukturu risk altındadır - VİDEO

13-01-2026, 16:34           
"Torqovıy"da icazəsiz söküntü iddiası: Şəhər infrastrukturu risk altındadır - VİDEO
Bakının mərkəzində, paytaxtın ən çox ziyarət edilən ərazilərindən biri olan “Torqovıy”da səbəbi və hüquqi əsası məlum olmayan qazıntı işləri aparılır.

Patrul.az-ın məlumatına görə, sözügedən hal Hacı Zeynalabdin Tağıyev küçəsindən Fəvvarələr meydanına çıxan hissədə qeydə alınıb.

Redaksiyamıza daxil olan videogörüntülərdən görünür ki, ərazidə döşənmiş daş plitələr sökülərək yol örtüyünə ciddi ziyan vurulub.

Diqqət çəkən məqamlardan biri isə işləri aparan şəxslərin heç bir dövlət qurumunun işçi geyimində olmamasıdır. Bu hal qazıntı işlərinin rəsmi qurumlar tərəfindən icra edilmədiyi ehtimalını gücləndirir.

İddialara görə, söküntü işlərini həyata keçirən şəxslər yaxınlıqda açılması planlaşdırılan marketin fəhlələridir.

Qeyd edək ki, “Torqovıy” kimi turistik və tarixi əhəmiyyət daşıyan ərazidə qanunsuz və nəzarətsiz qazıntı işlərinin aparılması şəhər infrastrukturuna ziyan vurmaqla yanaşı, ictimai təhlükəsizlik baxımından da risk yaradır.

Məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarının mövqeyini öyrənməyə çalışacağıq.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]