İRAN RİALI VİRAN OLUR.

16-01-2026, 07:24           
İRAN RİALI VİRAN OLUR.
İran İslam Respublikasında davam edən etiraz aksiyaları artıq siyasi müstəviyə keçib. Çox sayda ölən və yaralıların olması, silhalı toqquşmalar barədə məlumatlar alırıq.
Tehran rejimi narazılığın qarşını almaq üçün zorakılıqla yanaşı başqa üsullara da əl atırlar. Ölkə ərazisində internet və elektrik enerjisi qapadılıb. Bunu etməkdə məqsəd etirazçılar arasında koordinasiyanı zəiflətmək, narazı qüvvələri lokallaşdırıb zərərsizləşdirməyə nail olmaqdır.
Hadisələr siyasi çalar alsa da əvvəldə iqtisadi səbəblərdən başlamışdı. Əhali milli valyuta-rialın ABŞ dollara nisbətdə dəyərdən düşməsini bilən kimi buna etirazlarını bildirmək üçün küçələrə, meydanlara çıxdılar.
Bəs, hadisələrin belə məcraya gəlməsinə nə səbəb olub?
Sualımıza iqtisadçı-ekspert Natiq Cəfərli aydınlıq gətirdi:

“İran valyutasının dəyərdən düşməsi uzun illər sanksiyalar altında yaşaması, bu ölkənin neft gəlirlərinin azalması ilə əlaqəlidir.
Hazırda İranın satdığı neft məhsullarının həcmi azalıb, həm də çox ucuz satmağa məcburdur. Əsasən də Çin onlardan bu məhsulu ucuz alır.
Bütün bunlar qonşu ölkəyə valyuta daxilomalarına mənfi təsir edir. Nəticədə pulları dollara və başqa valyutalara nisbətdə ucuzlaşır.” Ekspert rialın dəyərsizləşməsi fonunda Azərbaycan-İran ticari-iqtisadi əlaqələrində baş verəcəklərdən də danışdı.
Vurğuladı ki, yaranmış vəziyyətdə məntiqlə İran məhsulları Azərbaycana daha ucuz qiymətə idxal olunmalıdır.
Qeyd etdiyim kimi İranda baş verən hadisələrin səbəblərindən biri də elə onların milli valyutaları olan rialın kəskin şəkildə dəyərdən düşməsi və ciddi inflyasiya prosesləridir.
Qapalı və hər an təhlükə vəd edən ölkə olduğundan burada turizmin inkişafı da mümkün deyil. Bunlar hamısı son nəticədə dövlətin büdcəsinə təsir edir. Rəsmi Tehranın böhrandan bu dəfə necə xilas olacağı məlum deyil. Zaman hər şeyi göstərər.
Sima Babayeva
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]