İlham Əliyev bayramlarla bağlı fərman imzaladı

17-01-2026, 00:17           
İlham Əliyev bayramlarla bağlı fərman imzaladı
Qurban və Ramazan bayramları başqa bayramlarla üst-üstə düşəcəyi halda əmək məzuniyyətinin necə tənzimlənəcəyi məlum olub.
Bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı Əmək Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri məzuniyyətin təqvim günlərinə daxil edilmir və ödənilmir.

Dəyişikliyə əsasən, əmək məzuniyyəti dövrünə təsadüf edən ümumxalq hüzn günü və səsvermə günü də məzuniyyət günləri hesab edilməyəcək və ödənilməyəcək, lakin məzuniyyətin müddəti bu günlərin sayı qədər uzadılacaq. Bu halda Qurban və Ramazan bayramları iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə və bu hal əmək məzuniyyəti dövrünə təsadüf etdikdə üst-üstə düşən günlər bir gün hesabı ilə nəzərə alınacaq.

Qeyd edək ki, gələn il Novruz və Ramazan bayramları üst-üstə düşür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]