Siyəzənneft NQÇİ-ni Əmirovneftə birləşdirilməsi faktiki Siyəzənneft NQÇİ-ni ləğv etmək deməkdir - Axı niyə?/MÜRACİƏT

20-01-2026, 16:26           
Siyəzənneft NQÇİ-ni Əmirovneftə birləşdirilməsi faktiki Siyəzənneft NQÇİ-ni ləğv etmək deməkdir - Axı niyə?/MÜRACİƏT
Siyəzən Rayon İcra Hakimiyyətiin başçısı cənab
Novruz Novruzova
Siyəzənnfet NQÇİ nin işçisi Əliyev Zamiq
Qüdrət oğlu tərəfindən
Surəti Dövlət Neft Şirkətinin prezidenti
cənab Rovshan Nəcəfə
MÜRACİƏT
Mən, Sizyənnfet NQÇİ nin işçisi kimi Siyəzən rayonu ərazisində yerləşən və uzun illərdir fəaliyyət göstərən Siyəzənneft NQÇİ nin Əmirovneftə birləşdirilərək mədən edilməsi (idarəetmə, və struktur baxımından faktiki ləğvi) ilə bağlı planlaşdırılan və ya icra mərhələsində olan proseslərdən ciddi narahatlığımı bildirir və bu məsələ ilə bağlı qanunvericilik çərçivəsində tədbir görülməsi üçün təcili Sizin tərəfinizdən tədbir görülməsnin zəruru olduğunu qeyd etməK məcburiyyətindəyəm.
Bildirirəm ki, Siyəzənneft NQÇİ-nin ayrıca hüquqi-istehsal vahidi kimi fəaliyyətinin dayandırılması və ya digər NQÇİ nə (Əmirovneftə) birləşdirilməsi ictimai, sosial, iqtisadi və hüquqi fəsadlara səbəb ola bilər
Hazırki vəziyyət Siyəzən rayonunun sosial – iqtisadi maraqlarına ziddir.Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinə əsasən dövlət yerli sosial-iqtisadi inkişafı təmin etməlidir. Siyəzənneft NQÇİ rayonun əsas istehsal və məşğulluq mənbələrindən biridir. Onun mədən edilməsi iş yerlərinin ixtisarı,yerli əhalinin sosial təminatının zəifləməsi,rayon büdcəsinə dolayı daxilolmaların azalmasına səbəb olacaq.
Bu hal Yerli icra hakimiyyətinin səlahiyyətlərinə birbaşa təsir edən məsələdir

Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə əsasən rayon icra hakimiyyəti ərazidə sosial-iqtisadi inkişafın qorunmasına,kütləvi işsizliyə səbəb ola biləcək qərarların qarşısının alınmasına,iri istehsal obyektlərinin fəaliyyətində baş verən köklü dəyişikliklər zamanı ictimai maraqların müdafiəsinə cavabdehdir.
Bu hal eyni zamanda Rayonun strateji sənaye potensialına zərbə vurur
Siyəzənneft NQÇİ-nin ayrıca idarə kimi saxlanılması rayonun sənaye xəritəsində mühüm yer tutur. Onun birləşdirilməsi rayonun sənaye statusunun zəifləməsinə,idarəetmənin rayondan kənarlaşdırılmasına,yerli problemlərə operativ reaksiya imkanlarının azalmasına
səbəb ola bilər.
Qeyd olunanları nəzərə alaraq, Siyəzən Rayon İcra Hakimiyyətinin öz qanuni səlahiyyətləri çərçivəsindəSiyəzənneft NQÇİ-nin Əmirovneftə birləşdirilərək mədən edilməsi prosesinin dayandırılması və ya yenidən baxılması üçün SOCAR və aidiyyəti qurumlar qarşısında rəsmi mövqe bildirməyinizi,bu qərarın rayonun sosial-iqtisadi vəziyyətinə təsiri ilə bağlı rəsmi araşdırma aparılmasını,yerli əhali və əmək kollektivinin maraqlarının qorunması məqsədilə ictimai maraqların müdafiəsi istiqamətində prinsipial mövqe nümayiş etdirməyinizi Sizdən xahiş edirəm.
Hörmətlə
Zamiq Əliyev
20.01.2026
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]