Şəmkirdə şadlıq sarayı alan keçmiş aparat rəhbəri kimdir?

24-01-2026, 11:14           
Şəmkirdə şadlıq sarayı alan keçmiş aparat rəhbəri kimdir?
Maliyyə Nazirliyinin keçmiş aparat rəhbəri Cavanşir Yusifov Şəmkir rayonunda şadlıq sarayı alıb.

TEREF xəbər verir ki, rayonda fəaliyyət göstərən “Murovdağ” şadlıq sarayı artıq keçmiş aparat rəhbərinin oğlunun adına keçib.

Məlumat üçün deyək ki, “Murovdağ” şadlıq sarayı vergi qeydiyyatına “Adore Business” MMC kimi alınıb. Bu MMC-nin rəhbəri isə Rüfət Cavanşir oğlu Yusifovdur.

Bəzi məlumatlarda Şəmkirdə fəaliyyət göstərən “Yamin” şadlıq sarayının da Cavanşir Yusifovun nəzarətinə keçdiyi iddia edilir.

Bu iddialarla bağlı keçmiş aparat rəhbərindən şərh almaq mümkün olmayıb.

Cavanşir Yusifov ötən ilin martında tutduğu vəzifədən azad edilib. O, Gəncə Dövlət Universitetinin (GDU) rektoru Yusif Yusifovun qardaşıdır./Qaynarinfo/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]