Bölgədə barıt qorxusu səngimir...

24-01-2026, 10:28           
Bölgədə barıt qorxusu səngimir...
İranın rejimi əməkdaşlığı deyil, ziddiyyəti seçib. İranı vurmaq məsələsi gündəmdən düşmür. Və əksinə, bu hücumun şərtləri günbəgün qabarır, zamanı isə yaxınlaşır... Nədir, qaçılmaz səbəb?
İran xeyli müddətdir ki ABŞ-ın, Qərbin ən birinci düşmənləri Rusiya və Çinin Yaxın Şərqdə dayaq nöqtəsi rolunu oynayır. Çini neftlə, Rusiyanı isə dronlarla təmin edir. Və ABŞ-a, Qərbə və İsrailə qarşı dərin, fəlsəfi-ideoloji düşmən mövqeində dəyişməz olaraq qalır o, 12 gün savaş sonrası da. Bu son kütləvi etirazlar və qırğınlar sonrası da. Amerika tərəfdən hədələrdən sonra da İran əvvəl ABŞ-la əlaqə qurmaq əməkdaşlıq hissini yaratsa da, sonra, Rusiya və Çinə qulaq aslb da imtina etdi. Üstəlik, Xamenei ABŞ, İsraili söydü.
İran molla rejiminin Qərbə qarşı bu dayanıqlı və mübariz mövqeyini görən Qərbin iki böyük əzəli düşməni Rusiya və əsas da Çin həmin etirazlar sonrası günlər İrana gecə-gündüz müxtəlif silah və hərbi avadanlıqlar yönəldirlər. Görünür, İranı Qərbə qarşı güclü müqavimət istehkamı edirlər. İranı özlərinə "ikinci İsrail" etməklə Yaxın Şərqi sanki, Qərblə yarı-yarıya bölüşdürmək istəyirlər. Bəlkə də, İranı nüvə silahı ilə təminli də edərlər.
ABŞ, Qərb, Tramp, İsrail Yaxın Şərqi belə bölgü ilə razı olarmı? Əsla yox. İmkan verərlərmi heç, onlara qarşı belə bir ideoloji nifrətli və təhlükəli molla dövləti, daha da güclənsin? Və qaldıqca da, Zelenskiy Davosda çıxışla dediyi kimi, digər bu cür terror yayan dövlətləri də həvəsləndirsin Qətiyyən qoymazlar və təcili, zaman itirmədən. Zaman itkisi isə, Qərbə baha başa da gələ bilər.
Bəs nəyi gözləyir Tramp? İki məsələ var məncə. Bir, İran böyük, hakim rejimi isə hərbi və ideoloji silahlı ölkədir. Həm hücuma, həm, İranın cavab atəşinə hazır olub, o ətrafa qüvvə yığmaq üçün.
İkinci, Rusiya ilə Ukrayna məsələsini tam ayırd etmək ki, İrana hücumla o, mümkün razılaşma pozulmasın. Bu isə sabah Abu-Dabidə Ukrayna, ABŞ, Rusiya nümayəndələri danışıqlarında tam aydın olar. Yəqin ki Putin son anda sülhü pozar, bilir ki, İrana hücum onsuzda olacaq. Fikrmcə, artıq, İrana hücumu dayandıran bir amil qalmır. Necə, yeni il ərəfəsi Putin danışıqları pozdu və yeni ilin əvvəli Tramp Venesuelaya hücum etdi.
Və yazını əsaslandıran son yeni faktlar...
- ABŞ-ın təyyarə daşıyan, nüvə silahlı "Avraam Linkoln" böyük gəmisi Ərəbistan dənizinə çatıb: 330 metr uzunluğunda, və 70 təyyarə daşıyan.
- 24 saatda ABŞ Yaxın Şərqdə genişləndirilmiş hərbi iştirakını, hərbi qüvvə yerləşdirməni bitirir.
- Yaxın Şərqə doğru hərəkət edən ABŞ F-15 və A-clas qırıcılar, F-135 havada yanacaq dolduran təyyarələri də İordaniyada müşahidə olunub.
- Amerikanln təyyarədaşıyan gəmi qrupu Yaxın Şərqə gedərkən transponderlərini söndürüb və yəqin ki, gizli hərəkət və manevr üçün.
- İsraildə atom bombası sınağına bənzər kiçik 4 bal güc zəlzələ yaşanıb. Hər ehtimala hazırlıq.
- Tehrana silahla dolu çoxlu Çin təyyarəsi eniş edir. Əvvəllər İrana heç vaxt bu qədər təyyarə gəlməmişdi.
- Bu günkü məlumata görə, İsrail ordusu artıq İrana hücum üçün hazırlıqları başa çatdırıb və İran raket hücumuna qarşı da hazırlıqlar başa çatıb. İrana hücum, istənilən an baş verə bilər.
- Və bu gün canlı yayımda Tramp etiraf edib: "ABŞ İran ətrafında böyük hərbi qüvvələr yığıb. Və hücum olub-olmayacağına isə baxacağıq". Yəni, nəyə baxacaq? Yəqin ki, sabah Putinin Abu-Dabi-də Ukrayna razılaşmasına hə-yoxu deməsinə. Olsun ki, Putinə son işarə olar bu.
Bu, xalqına, qonşulara və hamıya ziyankar, elə yaxın günlər öz neçə min insanını amansızca qıran İran rejimi getməlidir, istənilən halda. Və görünür ki, mayası terror olan rejim, xoşluqla getməyəcək, güc tətbiq edilməzsə. Müharibə isə, insan itkisi deməkdir. Allah İranın ümumi camaatını qorusun, türklü, farslı və s. Və həm qonşu ölkələri və bizim Azərbaycanı qorusun.
İlqar Altay.
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru