Qudalarına vəzifə verən Zaur Mikayılovun kadrı bir gündə 795 min manat köçürüb - Bu şirkətə

25-01-2026, 11:39           
Qudalarına vəzifə verən Zaur Mikayılovun kadrı bir gündə  795  min manat köçürüb - Bu şirkətə
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Regional Su Meliorasiya Xidməti PHŞ “AZSUR GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bir gündə bir neçə tender müqaviləsi imzalayıb.

Diqqətçəkən məqam isə qalib şirkətin nizamnamə kapitalının cəmi 10 manat olmasıdır.

32gun.az xəbər verir ki, Regional Su Meliorasiya Xidməti ilə “AZSUR GROUP” MMC arasında aşağıdakı işlər üzrə müqavilələr bağlanıb:

– Torpaq məcralı Ağalıq-1 kanalının (PK 32+00 – PK 45+00, L=1,3 km) beton üzlüyə alınması və üzərindəki qurğularla birlikdə əsaslı təmiri

Məbləğ: 86.380,72 AZN

– 4MK LR-100 nov kanalının (PK00+00 – PK37+60, L=3,76 km) beton kanalla əvəz olunması və 4MK-3 LR-80 nov kanalının (PK00+00 – PK20+64, L=2,064 km) üzərindəki qurğularla birlikdə əsaslı təmiri

Məbləğ: 188.800 AZN

– Torpaq məcralı Malikumudlu kanalının (PK 19+00 – PK 29+00, L=1,0 km) beton üzlüyə alınması və üzərindəki qurğuların əsaslı təmiri

Məbləğ: 295.181,61 AZN

Bastam arxı (PK 97+00–PK 108+00, L=1,1 km): torpaq məcralı arxın beton üzlüyə alınması və hidrotexniki qurğuların əsaslı təmiri – 224.200 AZN

Beləliklə, cəmi bir gündə bağlanan müqavilələrin ümumi məbləği 794.562,33 AZN təşkil edir.

Qeyd edək ki, “AZSUR GROUP” MMC-nin nizamnamə kapitalı cəmi 10 manatdır, şirkətin qanuni təmsilçisi isə Rəşad İmanlı Yasəf oğludur. Bu məbləğdə və texniki baxımdan mürəkkəb layihələrin belə bir şirkətə verilməsi ciddi suallar doğurur.

Xatırladaq ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun əmri ilə Zakir Quliyev Regional Su Meliorasiya Xidmətinin rəisi təyin edilib. Sözügedən tender müqavilələrinin də məhz onun rəhbərliyi dövründə bağlanması diqqətdən yayınmır.

Xatırladaq ki, mediada dəfələrlə ADSEA rəhbərliyində ailə-quda münasibətlərinə əsaslanan idarəçilik modeli barədə yazılar dərc olunub. Agentliyin sədri Zaur Mikayılov, aparat rəhbəri Fuad Quliyev və müşavir statusu daşısa da faktiki qərarverici şəxslərdən biri kimi göstərilən Əsəd Şirinovun adı bu iddialarda xüsusi hallanır.

Bir müddət gün öncə yayımlanan materiallarda ADSEA “qudalar agentliyi” kimi təqdim olunmuş, qurumun yarıtmaz fəaliyyəti nəticəsində sel sularının daşması və ölkədə su qıtlığı ilə bağlı problemlərin artdığı qeyd edilmişdi. İndi isə həmin problemlərlə bağlı elan edilən tenderin qalibinin dövlətə borclu şirkət olması əlavə suallar doğurur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]