Xəstəxanalarda məsuliyyətsizlik və baxımsızlıq - Avadanlıqlara milyonlar xərclənir, bir azda həkim hazırlığına xərcləsinlər...

26-01-2026, 11:34           
Xəstəxanalarda məsuliyyətsizlik və baxımsızlıq - Avadanlıqlara milyonlar xərclənir, bir azda həkim hazırlığına xərcləsinlər...
Duz 2 ildi bu barədə yazmırdım
Dedim bu gün olaar
Azərbaycanda hamı səhiyyəni pisləyir.
Nigar Köçərlinin başına gələnlər də çox şeyi bizə xatırlatdı və göstərdi. Amma işin kökünü, səbəbini bilənlər danışmır, danışanlar da ora bura çevirir.
Bilənlər də deyir "Heç nə demiyəcəm. Qoy ürəyim partdasin"
Problemlərin əsl səbəbini mən belə görürəm və belə deyirəm. Xəstəxanalarda məsuliyyətsizlik və baxımsızlıq. Reanimasiya xidmətində kadr çatışmazlığı. Anestezioloq və reanimatoloqlara əmək motivasiyası verilmir. Verilir ancaq necə?
Harda yaxşı anestezioloq reanimatoloq varsa TƏİB və Səhiyyə nazirliyi tutub onları xəstəxanalara direktor, baş həkim təyin eliyib xəstələrə xidmətdən yayındırır. Yeni kadrlar da hazirlamirlar.
Olan kadrlara da yaxşı maaş verilmir
Mən tibbi jurnalist kimi internetdə kiçik araşdırma apardım. İnkişaf etmiş ölkələrdə intensiv terapiya, reanimasiya həkimlərinə çox yüksək maaş verilir.
Azərbaycanda isə bəzi barmaqla sayılacaq qədər bu ixtisasda həkimlərə yaxşı maaş verilir.
Bəli xəstəxanalarda, xüsusən TƏBİB tabeli klinikalarda bahalı avadanlıqlarla təmin olunmuş çox yüksək səviyyədə reanimasiya şöbələri yaradılıb.
Burdan səhiyyə problemlərini görən tibbi jurnalist kimi Səhiyyə nazirliyi və TƏBİB rəhbərliyinə səslənirəm. Hörmət Teymur müəllim, hörmətli Vüqar müəllim, xəstəxanalarda xəstə baxım xidmətinin səviyyəsini yaxşılaşdırmaq lazımdır.
Əsl problemlərin, xəstə ağırlaşmalari və xəstə ölümlərinin səbəbi məhs ordadir.
Bunu səhiyyədən başı çıxan, işin içində olanlar çoxu bilir. Bu bilgi səhiyyə idarəcilərinə də yad deyil.
Hər cür təchizatı olan gözəl xəstə baxım şöbələri yaradırsınız. Dövlət büdcəsindən milyonlarla vəsait ayrılır. Zəhmətdən keçib, ayrılan o maddi vəsaitlərlə reanimatoloq, anestezioloq kadrlar da hazirlayin. Reanimasiya həkimlərinə yüksək maaş verin. Gənc kadrları təşviq edin, həvəsləndirin.
İstər dövlət, istərsə də özəl klinikalarda bu baxımdan vəziyyət acınacaqlıdır.
Azərbaycanda əməliyat edən həkimlər öz xəstəsinin keşiyini çəkir ki, xəstə sağ salamat evinə getsin.
Klinikalar intriqa ocağına çevrilib. Birinə açıq eliyən, kin bəsləyən tibb işçiləri həkimlərin xəstələrinin həyatı ilə oynayır. Paxıllıqdan və nifrətdən bəzi cərrahlarin əməliyat etdikləri xəstələrə xəstə baxim xidmətində çalışanlar əziyyət verir, incidir, hətta ölüm halları da olub bu neçə ildə.
Məsuliyyətsizlik baş alıb gedir xəstə baxımi xidmətində.
Həkim kimisə əməliyat edir. Xəstə reanimasiyaya sonra isə palataya köçürülür. Hamı bir həkimi tanıyır. Xəstəni əməliyyat edəni. Məsuliyyət onun üzərində qalır. Amma o reanimasiyalarda, paltarlarda baş verən məsuliyyətsizlik və oyunlardan heç kimin xəbəri yoxdur.
Bütün bunların qarşısı nə vaxt alınacaq, cənablar?
Məgər COVID 19 pandemiyasi vaxtı oksigen " peredozindan" çoxlu sayda insanların tələf olmasi bizə dərs olmadımı? Ölkədə müalicə alan, əməliyyat olunan xəstələrə baxan reanimasiya həkimləri çatışmır. Xəstələrin taleyi ilə oynamaq yolverilməzdir. Keyfiyyətli avadanlıqlar var. Amma işlədənlər çatışmır.
Xəstələrə baxım xidməti ən aşağı səviyyədədir.
Xəstəxanalarda təyin etdiyiniz mühasib menecer rəhbərlər həkimlərlə ayrılan vəsait hesabına vurulan iynə dərmanın haqq hesabını çəkir. Ara yerdə xəstələr musibətlə üzləşir
Bu arada gözümuz aydın.
Beynəlxalq təşkilatin araşdırması yayıldı.
Səhiyyə xidmətinin səviyyəsinə görə Azərbaycan 100 ölkədən 95 ci yerdədir












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]