Nizami rayonunda “ağac soyqırımı” — Kim məsuliyyət daşıyır? (VİDEO)

28-01-2026, 17:32           
Nizami rayonunda “ağac soyqırımı” — Kim məsuliyyət daşıyır? (VİDEO)
Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli 92 ünvanında aparılan tikinti işləri ətrafında narazılıq yaranıb.

Vətəndaşların Tribuna.az-a göndərdiyi şikayətlərə əsasən, ərazidə tikinti aparılması məqsədilə çoxsaylı ağaclar kəsilərək məhv edilib.

Sakinlərin sözlərinə görə, ağacların məhv edilməsi ekoloji normalara zidd şəkildə həyata keçirilir. Bildirilir ki, yaşıllıqların qorunması ilə bağlı qanunvericilik tələblərinə əməl olunmadan tikinti işləri davam etdirilir.

Şikayətçilər qeyd edirlər ki, məsələ ilə bağlı aidiyyəti qurumlar, o cümlədən Nizami Rayon icra başçısı baş verənlərə qarşı susur.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]