İran ali dini lider Əli Xameneinin ölümünü təsdiqləyib - RƏSMİ

1-03-2026, 08:00           
İran ali dini lider Əli Xameneinin ölümünü təsdiqləyib - RƏSMİ
İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

"Report" yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə İranın Dövlət Xəbər Agentliyi (İRNA) məlumat yayıb.

"İslam İnqilabının ali rəhbəri şəhid olub", - məlumatda bildirilib.

Qeyd olunub ki, o, ABŞ və İsrailin hücumları nəticəsində həlak olub.

"Tasnim" agentliyi isə bildirib ki, Xamenei şənbə günü səhərin erkən saatlarında, iş yerində şəhid olub.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp Xameneinin öldürüldüyünü açıqlamışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru