Sabahdan Mingəçevir Şəhərində dövlət qurumlarında planlanan YENİ İXTİSAR DALĞASI başlayır

Bu gün, 08:38           
Sabahdan Mingəçevir Şəhərində dövlət qurumlarında planlanan YENİ İXTİSAR DALĞASI başlayır
İyulun 1- sən başlayaraq Mingəçevir Şəhərində fəaliyyət göstərən Yaşıllaşdırma və Sanitar İdarəsindən fəhlə,bağban süpürgəçi olmaqla
50 nəfər işçisinin ixtisar ediləcək siyahısı gəlib.
Azərbaycanda 2026-cı ildə yeni ixtisar dalğasının başlayacağı barədə iddialar deyəsən öz təsdiqini tapmaqdadır.
İddialar real olarsa, hökumət yaranmaqda olan yeni işsizlər “ordu”su ilə bağlı hansı addımları atacaq?
Axı ölkədə işsizlik probleminin olduğunu dövlət qurumları da etiraf edirlər:
“Yeni iş yerlərinin yaradılması hökumət üçün əsas prioritet istiqamətlərdən biri olmalıdır. Əgər müəyyən ixtisarlar nəzərdə tutulursa, onların mümkün sosial-iqtisadi fəsadlarının qarşısı əvvəlcədən alınmalıdır. Bunun üçün hökumət məqsədyönlü proqramlar hazırlamalı və icra etməlidir. Yeni işsizlər “ordu”sunun formalaşması, təbii ki, arzuolunan mənzərə deyil. Buna görə də ilk növbədə kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyəti stimullaşdırılmalıdır. Sahibkarlara və iş adamlarına vergi və inzibati güzəştlər təqdim edilməklə, yeni iş yerlərinin açılması üçün şərait yaradılmalıdır”.
Elcin Sumqayitli Hesenzade












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru