Maraqlıdır, bu qədər ixtisar hansı katibə üçündür ki, ona mütləq vəzifə verilməlidir?
Dünən, 08:32
Həqiqətən mənə çox maraqlıdır ki, hansı məntiqlə 23 min abonenti olan xidmət sahəsində də sayğac əməliyyatları üzrə 1 böyük mühəndis olsun, 7 min abonenti olan xidmət sahəsində də 1 böyük mühəndis verilsin? Deyirlər, struktur dəyişilir, sistem avtomatlaşdırılır. Bəs niyə fikirləşmirlər ki, gün ərzində azı 20–30 abonent xidmət sahəsinə gəlir? 1 mühəndis həm rəhbərliyin verdiyi tapşırıqlara nəzarət etsin, həm abonentin suallarını cavablandırsın, həm proqrama nəzarət etsin. Belə çıxır ki, xidmət sahəsində çalışan mühəndis insan deyil, çoxfunksiyalı robotdur? Bir tərəfdən "ixtisar" adı ilə iş yükü bir nəfərin üzərinə yüklənir, digər tərəfdən isə elə bil bəzi vəzifələr üçün həmişə yer tapılır. Maraqlıdır, bu qədər ixtisar hansı katibə üçündür ki, ona mütləq vəzifə verilməlidir? Görünür, abonentin dərdi, işçinin yükü yox, kresloların taleyi daha vacibdir. Nə gözəl idarəetmə məntiqidir: 23 minlə 7 min arasında fərq yoxdur, amma vəzifə bölgüsündə "lazım olan" adamlar üçün həmişə yer var. Buna da deyirlər optimallaşdırma... Dasqin Abbasov