Çinin şimalında yenidən güclü zəlzələ baş verib

Bu gün, 09:41           
Çinin şimalında yenidən güclü zəlzələ baş verib
Çinin şimal bölgəsində yerləşən Sinxay əyalətində 5.2 maqnitudalı yeraltı təkanlar qeydə alınıb.

Bu barədə məlumatı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi açıqlayıb.

Qurumun məlumatlarına əsasən, zəlzələnin episentri təqribən 186 min əhalisi olan Dunxuan şəhərindən 269 kilometr cənub-şərq istiqamətində yerləşib. Yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə qeydə alınıb. İndiyədək hər hansı dağıntı və ya xəsarət alanlar barədə rəsmi məlumat verilməyib.

Qeyd edək ki, bir neçə gün əvvəl Çinin Sıçuan vilayətində 5.2 maqnitudalı zəlzələ qeydə alınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru