Saatda beş ölüm: ABŞ şəhərlərinin havası haqqında şok hesabat
Bu gün, 16:58

ABŞ-də avtomobillərin toksik tullantıları hər saat orta hesabla beş insanın həyatına son qoyur.
Bu barədə "The Guardian" nəşri "International Council on Clean Transportation" (ICCT) qeyri-kommersiya təşkilatının hesabatına istinad məlumat verib.
Tədqiqatda hesablanıb ki, təkcə 2024-cü ildə avtonəqliyyatdan qaynaqlanan atmosfer çirkliliyi 41 800-dən çox insanın erkən ölümünə səbəb olub. Alimlər yanacaq istehsalından tutmuş mühərriklərdə yanmaya qədər bütün mərhələlərdə tullantıları qeydə alan sensor göstəricilərinə əsasən model qurublar, eləcə də xırda hissəciklərin sağlamlığa təsirini qiymətləndirmək üçün standart beynəlxalq metodlar tətbiq ediblər.
Buraxılan qazların uşaqlara təsiri tədqiqat müəlliflərində xüsusi narahatlıq doğurub. Analitiklər iddia edirlər ki, ABŞ avtomobil qazlarından qaynaqlanan uşaq astmaları ilə bağlı yeni diaqnozlar üzrə antirekordu özündə saxlayır. Keçən il dünyada bütün bu cür halların təxminən 10%-i amerikalı yeniyetmələrin (yetkinlik yaşına çatmayanlar) payına düşüb.
ICCT mütəxəssisləri həll yolu kimi ekoloji təmiz nəqliyyata sürətli keçidi göstərirlər. Onların proqnozlarına görə, əgər 2040-cı ilə qədər benzin və dizel avtomobilləri, yük maşınları və avtobuslar tamamilə elektrik analoqları ilə əvəz edilsə, o zaman 2050-ci ilə qədər 100 000-dən çox ölüm halından yayınmaq və mövcud elektritifikasiya templəri ilə müqayisədə uşaqlarda 42 000-dən çox astma halının qarşısını almaq mümkün olacaq.

