Gözlərdə linza ilə su hövzələrində çimmək nə dərəcədə təhlükəlidir? - Oftalmoloqdan xəbərdarlıq

Bu gün, 17:38           
Gözlərdə linza ilə su hövzələrində çimmək nə dərəcədə təhlükəlidir? - Oftalmoloqdan xəbərdarlıq
"Kontakt linzalarla gölməçələrdə və digər durğun su hövzələrində çimmək göz sağlamlığı üçün ciddi təhlükə yaradır".

Bu barədə rusiyalı oftalmoloq Aleksey Yeqorov 360.ru nəşrinə açıqlamasında bildirib.

Həkimin sözlərinə görə, durğun su hövzələrindəki mühit xüsusi mikroorqanizmlərin inkişafı üçün əlverişlidir: "Kontakt linzalarla, xüsusən də durğun sularda çimmək qətiyyən olmaz. Belə ərazilərdə yaşayan akantameba (mikroskopik parazit) linzanın altına daxil ola və orada çoxalmaq üçün ideal şərait tapa bilər. Bu mikroorqanizmin səbəb olduğu "akantameba keratit" xəstəliyinin müalicəsi isə olduqca çətindir".

Oftalmoloq ya linzasız çimməyi, ya da çimdikdən dərhal sonra linzaları çıxarıb gözləri xüsusi antiseptik məhlulla yaxalamağı tövsiyə edib.

A.Yeqorov vurğulayıb ki, istifadə qaydalarına əməl edildikdə kontakt linzalar tamamilə təhlükəsizdir və insanlara eynəksiz rahat yaşamaq imkanı verir. Lakin həkim xatırladıb ki, gözlərdə iltihabi xəstəliklər və ya buynuzlu qişanın zədələnməsi zamanı linzalardan istifadə etmək qəti qadağandır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru