Rusiya benzin qıtlığına görə 3 ölkəyə üz tutdu - Siyahıda Azərbaycan da var

Bu gün, 17:56           
Rusiya benzin qıtlığına görə 3 ölkəyə üz tutdu -
SAVASHMEDİA.az xəbər verir ki, bunu Milli Enerji Təhlükəsizliyi Fondunun Analitik İdarəsinin rəhbəri Aleksandr Paseçnik bildirib.

Paseçnik üç ölkənin adını çəkib ki, onlardan biri də Azərbaycandır:

“Ən real variant Belarusdur. Bu ölkədə iki güclü neft emalı kompleksi və iki iri zavod fəaliyyət göstərir, buna görə də oradan benzin tədarükü tam mümkündür. Eyni zamanda Qazaxıstan və Azərbaycandan da benzin gətirilə bilər. Bütün bunlar mərhələli şəkildə təşkil olunacaq”. 

Bundan əvvəl Kremlin sözçüsü Dmitri Peskov da Rusiyanın daxili bazarda yaranmış yüksək tələbatı azaltmaq üçün benzin idxal edəcəyini açıqlamışdı.

Xatırladaq ki, Rusiyada yanacaq qıtlığı Ukraynanın bu ölkədəki neft emalı zavodlarına endirdiyi PUA hücumlarından sonra yaranıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru