"First Academy"yə qarşı iddialar puç oldu: Şirkət haqlı olduğunu sübut etdi! - VİDEO

Bu gün, 17:51           
"First Academy"yə qarşı iddialar puç oldu: Şirkət haqlı olduğunu sübut etdi! - VİDEO
Son günlər bəzi xəbər saytlarında və sosial media platformalarında First Academy şirkəti haqqında yayılan məlumatlarla bağlı şirkət rəhbərliyi geniş açıqlama verib. Şirkət bildirir ki, yayılan iddialar həqiqəti əks etdirmir və təqdim olunan sənədlər, müqavilələr, yazışmalar və xidmət prosesinə dair materiallar First Academy-nin bütün öhdəliklərini tam şəkildə yerinə yetirdiyini göstərir.

First Academy rəhbəri Vüsal Qəribovun sözlərinə görə, vətəndaşlar İmaməddin Əliyev və Aydan Əliyeva ilə bağlanmış müqavilələrə uyğun olaraq xidmətlərin icrasına dərhal başlanılıb. Müştərilər üçün altı aylıq dil hazırlığı təşkil olunub, bunun ardınca təxminən dörd-beş ay ərzində xarici işəgötürənlərə müraciətlər edilib, müxtəlif vakansiyalar təqdim olunub və iş görüşləri təşkil edilib. Beləliklə, şirkət müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri mərhələli şəkildə yerinə yetirib.

Şirkətin açıqlamasına görə, bu uzunmüddətli xidmət prosesindən sonra müraciətçilər əlavə olaraq təxminən dörd ay ərzində şirkətlə əlaqə saxlamayıb və prosesdə iştirak etməyiblər. Daha sonra isə şəxsi səbəblərlə proqramda iştirak etməkdən imtina etdiklərini bildirərək ödənilmiş xidmət haqqının geri qaytarılmasını tələb ediblər.

Vüsal Qəribov bildirib ki, xidmətlərin əsas hissəsi artıq göstərildiyindən və müqavilə üzrə öhdəliklər icra olunduğundan vəsaitin geri qaytarılması mümkün olmayıb. Buna baxmayaraq, şirkət qarşı tərəfə anlayışla yanaşıb, kompromis variantları və əlavə dəstək göstərməyi təklif edib. Lakin şirkətin bildirdiyinə görə, bu təkliflər cavabsız qalıb.

Qanuni yollarla hər hansı nəticə əldə edə bilməyən İmaməddin Əliyev və Aydan Əliyeva bundan sonra şirkətin nüfuzuna qəsdən xələl gətirməyə çalışaraq əsassız ittihamlar səsləndirmiş, həqiqətə uyğun olmayan məlumatlar yaymışlar. Şirkət hesab edir ki, bundan sonra yayılan məlumatlar onun işgüzar nüfuzuna xələl gətirib. Vüsal Qəribovun sözlərinə görə, kim olduğunu bildiyi bəzi şəxslər müraciətçilərin iddialarından istifadə edərək First Academy haqqında mənfi ictimai rəy formalaşdırmağa çalışıblar.

Məsələ ilə bağlı Almaniyada yaşayan azərbaycanlı bloqer Yusif İbadov da ilkin mərhələdə yayılan məlumatlara əsaslanaraq şirkət haqqında tənqidi paylaşımlar edib. Sonradan isə Vüsal Qəribov və İmaməddin Əliyevlə telefon danışığından sonra Yusuf İbadov açıqlamasında hadisənin bütün tərəflərini dinlədiyini, əvvəlki paylaşımını birtərəfli məlumat əsasında etdiyini bildirdiyini, şirkət əməkdaşlarından üzr istədiyini və haqlarını halal etmələrini xahiş etdiyini qeyd edib.

Yusif İbadov açıqlamasında bunları da bildirib:

“İmaməddin bizi də biabır etdi, yalan məlumatlar verdi, şirkətin nüfuzuna xələl gətirdi. Buna görə First Academy şirkətindən və əməkdaşlardan haqlarını halal etmələrini xahiş edirəm.”

Vüsal Qəribov vurğulayıb ki, First Academy fəaliyyət göstərdiyi müddət ərzində yüzlərlə müştəriyə xidmət göstərib və bütün prosedurları müqavilə şərtlərinə uyğun şəkildə icra edib. Onun sözlərinə görə, şirkətin əsas fəaliyyət prinsipləri şəffaflıq, peşəkarlıq və məsuliyyətdir və bundan sonra da fəaliyyət bu prinsiplər əsasında davam etdiriləcək.

Şirkət həmçinin bildirib ki, məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarına müraciətlər edilib və hüquqi prosedurlar davam edir. First Academy öz işgüzar nüfuzunun qorunması üçün qanunvericiliyin verdiyi bütün hüquqi vasitələrdən istifadə edəcəyini bəyan edib. Vüsal Qəribov isə bu müddət ərzində şirkətə dəstək göstərən bütün müraciətçilərə, tərəfdaşlara və ictimaiyyət nümayəndələrinə təşəkkürünü ifadə edib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru