Molla rejiminin məhvinə səbəb olan 3 məsələ

2-03-2026, 00:02           
Molla rejiminin məhvinə səbəb olan 3 məsələ
İslam dünyası sonuncu dəfə 1973-cü ildə bir araya gələrək İsrailə qarşı hücuma keçdi. Həmin müharibədə məğlub olsalar da, bu birlik davam etdiyi müddətcə yeni cəhdlərin olacağı qaçılmaz idi. Həmın illərin neft embarqosu İslam dünyasının Qərbə qarşı ən böyük kollektiv güc nümayişi idi.
Məhz bu təhlükənin qarşısını almaq üçün 1979-cu ildə İranda inqilaba göz yumuldu. İnqilabı solçular etsə də, hakimiyyətə mollalar gətirildi. Əgər o dövrdə Pəhləviyə kiçik bir dəstək verilsəydi, inqilab baş tutmazdı.
İranın molla rejimi onilliklərdir öz "missiyasını" yerinə yetirir. Yaratdığı fitnələr nəticəsində Livan, Suriya, İraq, Pakistan və Yəməndə milyonlarla insan həyatını itirdi. Müttəfiqi Siriya ilə birgə PKK-ya təlim bazaları, silah verdilər.
Nəticədə Sünni İslam dünyası İsraili deyil, İranı əsas təhdid kimi görməyə başladı. Müdafiə sistemləri cənubdan şimala doğru yönəldi və müsəlman birliyi parçalandı. Sünni ölkələr İranın proksi qüvvələri ilə mübarizə aparmaq üçün ABŞ-dan asılı vəziyyətə düşdülər.
İndi isə şərtlər dəyişib:
1. İsrail artıq ərəb dünyasını özünə təhdid hesab etmir, iqtisadi müqavilələr imzalanır, barışıq prosesi gedir.
2. İran rejimi artıq "lazımsız" bir elementə çevrilib. Çini enerji ilə təmin etdiyi üçün Qərbə xeyirdən çox ziyan vurur.
3. İran, Səudiyyə Ərəbistanı ilə İsrail arasındakı tarixi barışığın qarşısında duran son maneədir.
Xameneyinin ailəsi ilə birlikdə qaçmağa macal tapmadan məhv edildi. Bu gücün sahibi Amerika niyə 47 il İrana dözdü? Zaman indi yetişib, rejimdən istifadə edildi və vaxtı bitdi. İndi əsas hədəf Çindir. "Yeni İran" artıq Şərqi Asiyada qurulmalıdır. Orda Çinə düşmən Tayvan var, yanına da Filippin və Vyetnamı versələr tamamdır.
Orxan Atabəy
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru