Bu SEPAH-ın Qüds Qüvvələrinin komandanı, general İsmail Qaani İsrailə işləyib?

Bu gün, 08:28           
Bu SEPAH-ın Qüds Qüvvələrinin komandanı, general İsmail Qaani İsrailə işləyib?
Bu SEPAH-ın Qüds Qüvvələrinin komandanı, general İsmail Qaanidir. İndi əməlli-başlı şübhə altına düşüb.
ABŞ və İsrailin hücumdan bir neçə dəqiqə əvvəl Xamneyi Ağaya deyib ki, 5 dəqiqə çölə çıxım siqaret çəkim, gəlirəm. Ağanın yanından çıxan kimi ağanın iqamətgahını vurublar.
2024-cü ildə də Hizbullah lideri Həsən Nəsrullahla oturubmuşlar. Birdən İsmail Qaani Nəsrullaha deyib ki, düşüm marketə siqaret alım, gəlirəm. Elə çölə çıxan kimi İsrailin zərbələriylə Nəsurullah vurulub.
2025-ci ilin iyununda İsrailin hücumdan cəmi bir neçə dəqiqə əvvəl general İsmail Qaani İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ofisində generallarla söhbət edirmiş. Qəfildən generallara deyib ki, arvad zəng elədi, çıxım çöldə danışım, gəlirəm. Elə ofisdən çıxan kimi İsrailin hücumu nəticəsində bir neçə yüksək rütbəli general məhv edilib.
Fərəc Kərimli
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]