Azər Mursaqulov Tahir Budaqovun bəzi qərarlarını ləğv etdi - SİYAHI

6-03-2026, 16:28           
Azər Mursaqulov Tahir Budaqovun bəzi qərarlarını ləğv etdi - SİYAHI
Dövlət Statistika Komitəsinin sədri Azər Mursaqulov sələfi Tahir Budaqovun bu vəzifədə olarkən imzaladığı bəzi qərarları ləğv edib.

Bunlar aşağıdakılardır:

- "İnzibati məhkəmələrdə inzibati mübahisələrə baxılması haqqında" 2-5 №-li (yarımillik, illik) rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstəriş haqqında" Dövlət Statistika Komitəsinin (DSK) 2016-cı il 28 dekabr tarixli 23/09 nömrəli qərarı;

- "Birinci instansiya məhkəmələrində kommersiya mübahisələrinə baxılması haqqında" 2-a №-li (yarımillik, illik) rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstərişin təsdiq edilməsi barədə" Dövlət Statistika Komitəsinin 2023-cü il 11 yanvar tarixli 2/09 nömrəli qərarı;

- "Azərbaycan Respublikasının Ali Məhkəməsində kassasiya qaydasında kommersiya mübahisələrinə baxılması haqqında" 2-2b №-li (yarımillik, illik) rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstərişin təsdiq edilməsi barədə" Dövlət Statistika Komitəsinin 2023-cü il 11 yanvar tarixli 6/09 nömrəli qərarı;

- "Birinci instansiya məhkəmələrində inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətlərə və ya protestlərə baxılmanın nəticəsi barədə" 3-1 №-li (yarımillik, illik) rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstəriş haqqında" DSK-nin 2016-cı il 28 dekabr tarixli 21/09 nömrəli qərarı:

- "Azərbaycan Respublikasının Ali Məhkəməsində kassasiya qaydasında inzibati mübahisələrə baxılması haqqında" 2-2a №-li (yarımillik, illik) rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstərişin təsdiq edilməsi barədə" Dövlət Statistika Komitəsinin 2018-ci il 12 oktyabr tarixli 34/09 nömrəli qərarı;

- "Apellyasiya məhkəmələrində inzibati mübahisələrə baxılması haqqında" 2-1a №-li (yarımillik, illik) rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstəriş haqqında" Dövlət Statistika Komitəsinin 2016-cı il 28 dekabr tarixli 22/09 nömrəli qərarı.

Həmçinin bəzi qərarlarda dəyişiklik edilərək müəyyən müddəalar ləğv olunub:

- "Birinci instansiya məhkəmələrində mülki işlərə baxılması haqqında" 2 №-li (yarımillik, illik) rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstərişin təsdiq edilməsi barədə" Dövlət Statistika Komitəsinin 2023-cü il 11 yanvar tarixli 1/09 nömrəli qərarının 1-ci və 2-ci hissələri;

- "Apellyasiya instansiyası məhkəmələrində mülki işlərə baxılması haqqında" 2-1 №-li (yarımillik, illik) rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstərişin təsdiq edilməsi barədə" Dövlət Statistika Komitəsinin 2023-cü il 11 yanvar tarixli 3/09 nömrəli qərarının 1-ci və 2-ci hissələri;

- "Cinayətin növləri üzrə məhkumların sayı haqqında" 10-a №-li (yarımillik, illik) rəsmi statistika hesabatı fоrmаsı və onun doldurulmasına dair göstərişin təsdiq edilməsi barədə" Dövlət Statistika Komitəsinin 2017-ci il 11 oktyabr tarixli 23/09 nömrəli qərarının 1-ci və 2-ci hissələri;

- "Birinci instansiya məhkəmələrində baxılmış inzibati xətalar haqqında işlər barədə" 3 №-li (yarımillik, illik) rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstəriş haqqında" Dövlət Statistika Komitəsinin 2016-cı il 28 dekabr tarixli 20/09 nömrəli qərarının 1-ci və 2-ci hissələri;

- "Azərbaycan Respublikasının Ali Məhkəməsində kassasiya qaydasında mülki işlərə baxılması haqqında" 2-2 №-li (yarımillik, illik) rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstərişin təsdiq edilməsi barədə" Dövlət Statistika Komitəsinin 2023-cü il 11 yanvar tarixli 5/09 nömrəli qərarının 1-ci və 2-ci hissələri.

Qeyd edək ki, Tahir Budaqov 2015-2026-cı illərdə DSK-nin sədri olub. Prezident İlham Əliyevin 9 fevral tarixli Sərəncamı ilə Tahir Yaqub oğlu Budaqov Dövlət Statistika Komitəsinin sədri vəzifəsindən azad edilərək Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Dövlət başçısının 10 fevral 2026-cı il tarixli Sərəncamı ilə isə Azər İsmayıl oğlu Mursaqulov Dövlət Statistika Komitəsinin sədri təyin olunub.

Oxu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru