“Pilgrim Education”: KÜTLƏVİ NARAZILIQ - vətəndaş NƏ ETSİN?

Dünən, 10:58           
“Pilgrim Education”: KÜTLƏVİ NARAZILIQ - vətəndaş NƏ ETSİN?
“Pilgrim Education” şirkəti ilə bağlı vətəndaş narazılıqları səngimək bilmir. "DİA-AZ" olaraq bu təhsil fırıldaqçılarını ifşaya davam edirik. Beləliklə, Fatimə Hüseyinli adlı vətəndaş belə yazır:

"Təəssüflər olsun ki, mən də onların qurbanı olmuşam. Fil qulağında yatdığımdan xəbər tutub ayılanda dəfələrlə üstlərinə getdik. Sonuncu gedişimdə Anamla məni gecə 11 -12 ə qədər şirkətlərində saxlayıb, məcburi şəkildə mənim əleyhimə olan müddəaları olan akt imzalatmağa çalışmışdılar. Təbii ki üstümə şər atılan sənədə öz əllərimlə imza çəkəsi deyildim. Sonuna qədər dirəndim. O qədər stress çəkmişdik ki, orda anamın halı pisləşdi. Gecə ambulans çağırası olduq... Bu faktı yazdım ki, görənlər olar, bir faydam dəydi bəlkə. Məndən sizə məsləhət uzaq durun o şirkətdən!!! Heç kəsin etdiyi yanına qalmır əmin olun..."

Həcər Zülfüqarova adlı bir başqa vətəndaş isə bunları qeyd edib:

"Eyni vəziuyətdəyəm hazırda, mənim də 2000 manat pulumu qaytarmırlar. 1 il yarımdı.. boşuna vaxtımı və pulumu mənimsəyiblər..."

Davamı mütləq olacaq... Bizi izləməyə davam edin...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru