Qələbə Paradına Orta Asiya ölkələrinin prezidentləri dəvət edilməyib

8-05-2026, 12:58           
Qələbə Paradına Orta Asiya ölkələrinin prezidentləri dəvət edilməyib
Rusiyaya dost olan daha bir lider Moskvada keçiriləcək Qələbə Günü Paradını buraxacaq.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Böyük Vətən Müharibəsində qələbənin 81-ci ildönümü münasibətilə 9 mayda Moskvada keçiriləcək Qələbə Günü paradında iştirak etməyəcək.

Bizimesr.com bildirir ki, bu barədə "Gazeta.uz" məlumat verib.

Xəbərdə qeyd olunur ki, Özbəkistan prezidenti Şavkat Mirziyoyev 9 may tarixində Moskvada keçiriləcək şənliklərdə iştirak etməyəcək. Kremlin dəvət olunmuş xarici liderlərin dərc olunmuş siyahısında Orta Asiya ölkələrinin prezidentləri yoxdur.

Qeyd edək ki, bu, 2018-ci ildən bəri Mərkəzi Asiya ölkələri liderlərinin iştirakı olmadan keçiriləcək ilk parad olacaq.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Qələbə Günü paradında iştirak edəcək prezidentlərin siyahısını açıqlamışdı. Abxaziya prezidenti Badra Qunba, Belarus prezidenti Aleksandr Lukaşenko, Laos prezidenti Tonqlun Sisulit, Malayziyanın ali hökmdarı Sultan İbrahim və Slovakiyanın baş naziri Robert Fiko Rusiya paytaxtına səfər edəcəklər. Paradda Cənubi Osetiya prezidenti Alan Qaqloyev, Serb Respublikasının prezidenti Sinişa Karan və respublikanın keçmiş rəhbəri Milorad Dodikin də iştirakı gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru