AQTA bəlkə insanımızın rifahı haqqında düşünəsiniz?!

Bu gün, 09:38           
AQTA  bəlkə insanımızın rifahı haqqında düşünəsiniz?!
AQTA bizə cavab verdi: "Qəbul edilmiş qərarın məqsədi sahibkarlıq fəaliyyətinə əlavə məhdudiyyətlər yaratmaq deyil, ölkənin epizootik təhlükəsizliyinin gücləndirilməsi, xüsusi təhlükəli yoluxucu heyvan xəstəliklərinin ölkə ərazisinə keçməsi riskinin azaldılması və heyvan rifahı üzrə beynəlxalq standartların tətbiqinin təmin edilməsidir".
Bunlar dolayıb hamımızı, cavab verməsəydilər, daha yaxşı olardı:
1) Qərar məhz sahibkarlığa əlavə məhdudiyyətlər yaradır! YaRaDır, qatığa niyə qara deyirsiniz ki?!
2) Heyvan xəstəliklərinə nəzarət onun hansı maşında daşınmasından asılı deyil, xəstə heyvanı "Maserati"də daşıyanda sağalmır. Xəstə heyvanlar manual və vizual olaraq sərhəddə müəyyən edilir, xüsusi maşına xəstə heyvan minəndə o maşın siqnal çalıb, fəryad etmir! Xəstəlik heyvandan-heyvana keçir, hansı maşında daşınmasından asılı olmayaraq belədir, yəni, xüsusi maşənda daşınan xəstə heyvan, "ayıbdır, gül kimi maşındır, öz xəstəliyimi başqasına keçirməcəm", kimi dərin, fəsləfi düşüncələrə qərq olmur!
3) Açıqlamada bu "rifah" məsələsini çox bəyəndim! AQTA, yəqin ki, bu sözün mənasını bilmir, yoxsa belə absurd ifadə işlətməzdi. Bəlkə AQTA elə bilir ki, heyvancığazı maşına mindirib Unversitetə imtahan verməyə aparırlar?! Ay brat, aparıb kəsirlər e onları, nə rifah, nə beynəlxalq standartlar?!
Bəlkə insanımızın rifahı haqqında düşünəsiniz?!
Natig Jafarli












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru