Oğlunun qisasını alan, evində qulluqçusu tərəfindən öldürülən bəstəkar
Bu gün, 17:04

Oğlunun qisasını alan, evində qulluqçusu tərəfindən öldürülən, “Arzuya bax, sevgilim!”, “Ana”, “Həsrətim mənim”, “Neçin gəlməz?”, “Yaşa, ürəyim!” “Ağarma, saçım!”, “Ana”, “Bənövşələr qoxuyanda”, “Bir xəbər ver, külək!”, “Dostlar olmasa” mahnılarının müəllifi Tamilla Məmmədzadənin (1937-1997) sabah doğum günüdür. Bəstəkarın ailə həyatı faciəli və çətin olub. 1981-ci ildə oğlu Çingiz Zeynalov dostları ilə görüşə gedir və Mərdəkan bağlarının birində q*tlə yetirilir. Qatillər izi itirmək üçün Çingizin meyitini həyətdəki ocaqda yandırırlar. Cinayətin üstünün açılması çox çəkmir. Qatillərin üçü də ələ keçir. Qətli törədən nüfuzlu və imkanlı bir şəxsin oğlu imiş. Ona əvvəlcə güllələmə hökmü verilsə də, sonradan hökm ləngidilir. Tamilla xanım Moskvaya gedir və o zaman Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin yüksək vəzifəli şəxsi ilə görüşür. Yalnız bundan sonra qatilin güll*lənmə hökmü icra olunur.
Bir gün bəstəkarın qızı kimi saxladığı, toy edib köməklik göstərdiyi qulluqçu əri ilə bərabər axşam vaxtı onlara gəlir. Deyir, oğlum xəstədir, ona kömək üçün həkimlərə zəng vurub tapşırmaq lazımdır. Hamıya qohumu kimi təqdim etdiyi qulluqçusunu əri ilə evə buraxan bəstəkar qonaqlara çay gətirmək üçün mətbəxə keçir. Bu zaman musiqiçi həmkarı zəng vurur. Ona hər gün serialın başlandığını deyir. Söhbət əsnasında Məcid kişi bilir ki, qulluqçusu əri ilə onlara gəlib. Ancaq qonaqların bu zəngdən xəbəri olmur.
Mətbəxdən əlində çayla qayıdan bəstəkarı arxadan qulluqçunun əri kəmərlə boğur və qızıllarının yerini soruşur. Bəstəkar qızılların yerini deyir. Ancaq xahiş edir ki, onu öldürməsinlər. Qulluqçunun əri razılaşsa da, qadın razılaşmır. Deyir, o, oğlunu öldürən adamı həbs etdirdi, bizi də etdirəcək, öldür. Beləliklə, bəstəkar Tamella Məmmədzadə 1997-ci ildə boğularaq öz evində qətlə yetirilir.
Anar Tağıyev
TEREF

