Azay Möhnətov adlı "Böyük Güc" - 5 ildir konpensasiyanı ödəmir
Bu gün, 17:02

"Azay Möhnətov adlı "Böyük Güc" həqiqətən də bütün haqları, ədaləti, prinsipləri və ən əsası qanunları tapdalamaqda güc göstərir. "Eurohome" bazarı yanandan sonra atam Ocaqverdiyev Rafiqə ödəməli olduğu konpensasiyanı 5 il verəcəm deyə "fırlatdıqdan" sonra sözü "get hara şikayət edirsən et" oldu. Əslində sözünü "təsdiqləmiş" də oldu hələ ki şikayətlər cavabsız qalıb. Amma bizim inamımız tükənməyib".
Bizimesr.com bildirir ki, bunu jurnalist Qafqaz Rafiqoğlu deyib.
"Xüsusi olaraq qeyd edim ki, Azay Möhnətov konpensaiyanın ödənilməsi üçün 2 böyük qurumda və mötəbər şəxslər qarşısında söz vermişdi. Dövlətimizə və hökumətə sayqımızdan heç vaxt o qurumların adını hallandırmamışıq. Çünki atam biznesdən öncə YAP-ın ilk üzvlərindən olaraq uzun illər dövlətə xidmət edib və ona güvənib. Eyni zamanda mən 12 illik jurnalistika fəaliyyətimdə də bu prinsipləri öndə tutmuşam. Nə atam, nə də mən bu günə qədər dövlətdən hər hansı bir imtiyaz istəməmişik.
Bu gün istəyimiz ancaq atamın 1 ildir dəfələrlə ünvanlandığı şikayət və məktublara baxılması və Azay Möhnətov adlı "Böyük Güc" qarşısında dövlətin ədalətidir. Jurnalist paylaşımında dövlər qurumlarından onlara dəstək verilməsini xahiş edib.
Qeyd edək ki, “AF Holding” şirkətlər qrupunun prezidentidir.

