İranda liman vuruldu: yaralılar var

Bu gün, 10:44           
İranda liman vuruldu: yaralılar var
İranın cənubundakı strateji Sirik limanına endirilən zərbələr nəticəsində dörd nəfər yaralanıb, dəniz infrastrukturuna əhəmiyyətli dərəcədə ziyan dəyib.

Bu barədə “Al Jazeera” şərqi Hörmüzqan əyalətinin limanlar və dəniz işləri idarəsinin rəhbəri Həmidrza Məhəmmədhüseyni Təxtiyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, bir nəfər ağır yaralanıb və Minabdakı xəstəxanaya təxliyə edilib, digər üç nəfərə isə hadisə yerində tibbi yardım göstərilib.

O qeyd edib ki, liman iki dəfə hücuma məruz qalıb, nəticədə obyektin əsas körpülərindən biri ciddi şəkildə zədələnib. Həmçinin yerli kommersiya gəmiləri və yaxınlıqda yerləşən telekommunikasiya qüllələri də zədələnib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru