Yaponiyada hökumət strategiyası: 10 milyon robot insanlarla çalışacaq

Bu gün, 17:44           
Yaponiyada hökumət strategiyası: 10 milyon robot insanlarla çalışacaq
Yaponiya robototexnika sahəsində milli strategiyasını yeniləyib və 2040-cı ilə qədər ölkədə təxminən 10 milyon robotun tətbiq edilməsini planlaşdırır.

"The Register" nəşrinin məlumatına görə, robotlar əhalinin sürətlə qocalması səbəbindən bir çox sahələrdə yaranan kadr çatışmazlığını aradan qaldırmağa kömək edəcək.

Plan 18 sənaye sahəsini əhatə edir. Əsas prioritet istiqamətlər isə qida sənayesi və səhiyyədir. Strategiyanın həyata keçirilməsi üçün hökumət süni intellektdən istifadə edən robototexnika mərkəzi yaradır. Mərkəz yaxın illərdə robotların genişmiqyaslı tədqiqi və tətbiqini dəstəkləyəcək.

Robotlar Yaponiyada hazırlanmış "Noetra" baza modeli əsasında fəaliyyət göstərəcək. Gələcəkdə fiziki süni intellekt və robototexnika üçün məlumat infrastrukturu yaradılması nəzərdə tutulur. Bu yanaşmanın əsasını təhlükəli şəraitdə və işçi qüvvəsinin çatışmadığı mühitlərdə texnikadan istifadə təcrübəsi təşkil edəcək.

Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Rеsey Akazava bildirib ki, yaşlı insanlara qulluq, təbii fəlakətlərə reaksiya, istehsalat sahələri və "Fukusima-Daiiçi" Atom Elektrik Stansiyasının istismardan çıxarılması işləri üzrə toplanmış məlumatlar hökumətin bu yanaşmaya inamını gücləndirir.

Qeyd olunur ki, avtomatlaşdırma getdikcə daha çox praktik həll yolu kimi qiymətləndirilir. Çünki bir çox boş iş yerlərini yalnız ənənəvi işə qəbul üsulları ilə doldurmaq çətinləşib. Beləliklə, robotlar müxtəlif sahələrdə mövcud əməkdaşları əvəz etmək deyil, boş vakansiyaları doldurmaq məqsədi daşıyır.

Xatırladaq ki, süni intellekt artıq Azərbaycanda və dünyada əmək bazarını dəyişir. Bu xüsusilə rutin tapşırıqları yerinə yetirən işçilərə təsir göstərir. Nəticədə məlumatların daxil edilməsi üzrə operatorlara, dar ixtisaslaşması olmayan mühasiblərə, əsas çağrı mərkəzi operatorlarına, eləcə də yeni başlayan kopirayter və tərcüməçilərə tələbat azalır.

Qlobal əmək bazarında isə avtomatlaşdırma və süni intellekt texnologiyalarının tətbiqi ilə bağlı genişmiqyaslı ixtisar prosesləri artıq müşahidə olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru