Peruda indiyədək məlum olmayan kakao növləri aşkar edilib

Bu gün, 17:18           
Peruda indiyədək məlum olmayan kakao növləri aşkar edilib
Peru kakaosu ilə bağlı yeni araşdırma dünyada ən sevilən şirniyyatlardan biri olan şokoladın mənşəyi haqqında təsəvvürləri dəyişdirib. Tədqiqat zamanı alimlər əvvəllər məlum olmayan dörd yeni kakao növü aşkar ediblər. Onlardan ikisinin gələcəkdə yüksəkkeyfiyyətli şokolad istehsalı üçün xüsusilə perspektivli olduğu hesab edilir.

Bu barədə "IFLScience" yazıb.

Bu kəşf həm də ona görə mühüm hesab olunur ki, hazırda şokolad istehsalçıları çoxsaylı təhlükələrlə üzləşirlər və kakao növlərinin genetik müxtəlifliyinin artması getdikcə daha həssas hala gələn bu bitkinin gələcəyini qorumağa kömək edə bilər.

Tədqiqatın aparıcı müəllifi, Vest-Hind Universitetinin alimi Lambert Motilal bildirib ki, o və həmkarları yeni kakao növlərini axtarmaq üçün Perunu seçiblər. Çünki ehtimal olunur ki, kakao ilk dəfə məhz burada becərilməyə başlayıb.

İndiyədək şokolad istehsalında istifadə olunan kakao ağacları coğrafi bölgələrin adını daşıyan 10 əsas qrupa bölünürdü. Lakin son araşdırmalar göstərib ki, bu təsnifat ağacların təbii genetik müxtəlifliyini tam əks etdirmir.

Araşdırma zamanı alimlər 390 kakao ağacının genomunda 192 tək nukleotid markerini təhlil ediblər. Nəticədə əvvəllər məlum olmayan dörd yeni genetik xəttin mövcudluğu müəyyən edilib.

Alimlər hesab edirlər ki, məhz bu yeni kakao növləri gələcəkdə şokolad istehsalının davamlılığının təmin edilməsində mühüm rol oynaya bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru