Mağazanı qarət etdi, üzr istəməyə gələndə tutuldu

2-11-2025, 16:24           
Mağazanı qarət etdi, üzr istəməyə gələndə tutuldu
İsveçdə qəribə soyğunçuluq hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, naməlum şəxs paytaxt Stokholmdan 225 km şimal-qərbdə yerləşən Burlenge şəhərindəki mağazaya girərək, oranı qarət etmək niyyətində olub.

O, əvvəlcə mallar olan rəfi yıxıb, daha sonra mağaza işçilərini çəkiclə hədələyib. Tütün məmulatlarını oğurladıqdan sonra soyğunçu qaçıb.

Hadisə ilə bağlı polisə məlumat verilib. Bütün səylərə baxmayaraq, şübhəli şəxs müəyyən edilməyib.

Hadisədən bir gün sonra polisə 35 yaşlı kişinin yenidən qarət edilmiş mağazaya daxil olması barədə gözlənilməz zəng gəlib.

Asayiş keşikçiləri dərhal hadisə yerinə gəliblər və heç bir müqavimət göstərməyən, qaçmağa cəhd etməyən soyğunçunu yaxalayıblar. Soyğunçu həbs edilib və tezliklə məhkəmə qarşısına çıxarılacağı gözlənilir.

Maraq doğuran məqam odur ki, soyğunçunun yenidən mağazaya qayıtması etdiyi əməllərə görə üz istəməsi ilə bağlı olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]