Məşhur güləşçi karyerasını yekunlaşdırdı

15-12-2025, 12:14           
Məşhur güləşçi karyerasını yekunlaşdırdı
48 yaşlı amerikalı güləşçi və kino aktyoru Con Sina "World Wrestling Entertainment" (WWE) üçün son görüşündə iştirak edib.

"Cebheinfo.az" xəbər verir ki, o, Vaşinqtonda keçirilən turnirdə son qarşılaşmasını başa vurub.

Döyüşdən sonra Sina tamaşaçılarla vidalaşıb və karyerasını bitirməsinin əlaməti olaraq ayaqqabılarını rinqdə qoyub.

Qeyd edək ki, Sina 1998-ci ildə restlinq karyerasına başlayıb və 2002-ci ildə WWE çərçivəsində televiziya debütünü edib. Karyerası ərzində o, 17 titulla rekord qırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]