Bakıda müsiqi səsi yayılan daha bir restorandan ŞİKAYƏT - VİDEO

Bu gün, 10:50           
Bakıda müsiqi səsi yayılan daha bir restorandan ŞİKAYƏT - VİDEO
Bu evlərin həyətlərində oturub musiqiyə qulaq asmaq üçün ödənişə ehtiyac yoxdur.

Xezerxeber.az-ın xəbərinə görə, sakinlər deyir ki, axşam saat 7 olan kimi pulsuz konsert başlayır, özü də bu konsert düz 4-5 saat davam edir. Söhbət paytaxtın Nizami rayonu Məmmədəli Şərifli küçəsində yerləşən "Bizim bağ" restoranından gedir.

Burada restoran demək olar ki, evlərə bitişik tikilib. Elə problem də burdən qaynaqlanır, restoranın hər axşamkı musiqili proqramı sakinlərin ürəyincə deyil.

Məsələ ilə bağlı restoran rəhbərliyini yerində tapmasaq da, həmin ünvanda bizə bildirdilər ki, müəssisə tam qanuni şəkildə fəaliyyət göstərir, həmin evlər də restorandan çox sonralar bu ərazidə tikilib. Ümumiyyətlə musiqi səsi insanları narahat edəcək həddə olmur və saat 11:00-da bitir.

Sorğumuza cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirildi ki, Ətraf Mühit üzrə Milli Monitorinq və Ətraf Mühitin Mühafizəsi Departamentlərinin əməkdaşları tərəfindən sözügedən ərazidə monitorinqin aparılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru