Qızılbaş əmirləri Şah İsmayıl Xətaini bu təhlükəli qarşıdurmadan çəkindirməyə çalışsalar da, o geri çəkilmədi.
Bu gün, 11:04
Qızılbaş əmirləri Şah İsmayıl Xətaini bu təhlükəli qarşıdurmadan çəkindirməyə çalışsalar da, o geri çəkilmədi. Osmanlının ən güclü pəhlavanı hesab edilən Malkoçoğlu ilə üz-üzə gəldi və qılıncının tək zərbəsi ilə onu ortadan iki yerə ayıraraq döyüş meydanını heyrətə saldı. İsgəndər bəy Münşi (1560–1634) yazır (“Dünyanı bəzəyən Abbasın tarixi”, s. 107): «Rumun adlı-sanlı dilavərlərindən və öz dövrünün şücaətli şəxslərindən olan Malkoçoğlu Rum çərxçilərindən (döyüşə ilk göndərilən dəstənin üzvü) idi. Malkoçoğlu həmişə rumlu komandirlər arasında özünü tərifləyərək deyirdi: Qarşı tərəfdə şahdan başqa elə bir kimsə yoxdur ki, mənimlə cəng edə bilsin. O, Süleyman şanlı xaqanla vuruşmaq məqsədilə Rum şücaətlilərinin arasından çıxıb o Həzrəti döyüşə çağırdı. Əmirlərin narazılığına baxmayaraq o Həzrət atını irəli sürdü, özünün zülfüqar nisbətli heydəri qılıncını qınından sıyırıb elə bir qəzəblə həmlə etdi ki, Malkoçoğlu bu şahanə hücumdan sarsıldı və hərəkət etməyə macal tapmadı. Cəsarət meşəsinin aslanı öz heydəri qolunun gücü ilə elə bir zərbə endirdi ki, onun həm polad dəbilqəsi, həm də zirehli geyimi ikiyə bölündü. Hər iki ləşkərdən qışqırtı qopdu, yuxarı aləmin mələkləri o ələ və qola – afərin – dedilər”. Azərbaycan coğrafıyası