Nəsimi rayonunda daha bir qanunsuz artırılma - “Əcəmi Mall” da

Bu gün, 10:59           
Nəsimi rayonunda daha bir qanunsuz artırılma - “Əcəmi Mall” da
Paytaxtın Nəsimi rayonunda daha bir maraqlı tikinti prosesi aparılır.

AzFakt.com xəbər verir ki, Nəsimi rayonu ərazisində yerləşən "Əcəmi Mall" Ticarət Mərkəzinin 3-cü mərtəbəsində dəmir konstruksiyalar vasitəsilə tikinti işləri həyata keçirilir. Tikinti prosesi hər kəsin gözü qarşısında aparılsa da, işlər zamanı təhlükəsizlik qaydalarına əməl edilmir.

Məlumata görə sözügedən tikintinin qanunvericiliyə uyğun müvafiq tikinti icazəsi yoxdur. Həmçinin iddia olunur ki, tikinti işlərinə Nəsimi Rayon İcra Hakimiyyətinin memarı Ələsgər Rüstəmovun "vasitəçliyi" ilə icra başçısı
Tahir Budaqov “razılıq” verib.

Bildirək ki, “Əcəmi Mall” Ticarət Mərkəzinin 2-ci mərtəbəsi bu ilin əvvəlində qanunsuz olaraq artırılmışdı. Həmin artırılma ilə bağlı Dövlət Şəhərsalma və Arxektura Komitəsinin məlumat bazasında hər hansı bir məlumat yerləşdirilməmişdi.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru