BƏŞƏRİ MƏDƏNİYYƏTİN YARADICISI KÖÇƏRİ TÜRKLƏRDİR !

Bu gün, 11:54           
BƏŞƏRİ MƏDƏNİYYƏTİN YARADICISI KÖÇƏRİ TÜRKLƏRDİR !
Bəşəriyyətin yaratdığı maddi və mənəvi mədəniyyət milli və bəşəri olmaqla iki qismə ayrılır. Milli mədəniyyəti oturaq xalqlar, bəşəri mədəniyyəti isə ölkələr fəth edib böyük İmperatorluqlar quran köçəri xalqlar yaratmışlar.
Türklər tarixən həm oturaq həyat keçirərək milli mədəniyyət, həm də Cahan hakimiyyəti məfkurəsinə sadiq qalaraq müəzzəm İmpe-ratorluqlar qurmuş, böyük bəşəri mədəniyyətlər yaratmışlar.
Türklərin istər oturaq, istərsə də müxtəlif səbəblərdən dünyanın bir çox yerlərinə yayılmaları hər zaman asan başa gəlməmiş, çox şid-dətli çatışmalara səbəb olmuş,Türklər milyonlara şəhid verərək bəşər xalqlarını və onların yaratdıqları milli mədəniyyətləri çulğalaşdıraraq milli mədəniyyətlə yanaşı bəşəri bir mədəniyyət də yaratmışlar.
Milli mədəniyyətlə bəşəri mədəniyyət arasında həm oxşar, həm də fərqli cəhətlər vardır. Bu mədəniyyətlərin oxşar cəhətlərindən biri hər ikisinin də bütün sosial həyatı qapsayan rasional , insani , əxlaqi, dini, iqtisadi, hüquqi və elmi həyatları içinə almasıdır.Bu sosial həyatın bütününə “Milli mədəniyyət” adı verildiyi kimi “Bəşəri mədəniyyət”də deyildir.
Milli mədəniyyət hər bir xalqın özünə məxsus gələnəklərindən, adət-ənənələrindən, milli dilindən, şifahi və yazılı ədəbiyyatından, milli müsiqisindən, estetik yapılarından, iqtisadi məhsullarından və. s. ibarət- dir. Bu gözəl yaradıcılıq məhsullarının xəzinəsi xalq olduğu üçün milli mədəniyyət təbii və demokratikdir.
Milli mədəniyyətlə bəşəri mədəniyyət arasındakı ən mühüm fərqlərdən biri milli mədəniyyətin demokratik, bəşəri mədəniyyətin isə aristokratik olmasıdır.
Milli mədəniyyətlə bəşəri mədəniyyətin digər bir fərqi milli mədəniyyətin milli, bəşəri mədəniyyətin isə millətlərarası olmasıdır. Milli mədəniyyət millətçiliyi, bəşəri mədəniyyət isə beynəlmilləlçiliyi dərinləşdirir.
Bəzən beynəlmilləlçiliklə kosmopolitliyi eyniləşdirirlər. Hal-buki beynəlmilləlçilik kosmopolitliyin tamamilə əksidir. Çunki kosmo- politlərin fikrincə ayrı-ayrı mədəniyyətlər yoxdur. Bütün insanların məcmusu millətlərdən deyil, fərdlərdən ibarətdir. Kosmopolitlərin milləti insan , vətəni Yer kürəsidir. Beynəlmilləlçilərə görə isə hər hansı bir fərdlə yanaşı, həm də ayrı-ayrı xalq, millət və hətta ayrı-ayrı etnik qruplar olduğu kimi mədəniyyət də bir deyil , bir çoxdur və hər bir xal- qın , millətin və hətta etnik qrupun özünəməxsus bir mədəniyyəti vardır ki, bu mədəniyyətləri yaradan ayrı-ayrı fərdlər deyil , bütövlükdə ayrı-ayrı xalqlar , millətlər və etnik qruplardır. Hər bir xalqın, millətin və etnik qrupun milli bir mədəniyyətinin olması heç də onların millətlər- arası bir mədəniyyətə mənsub olmasına əngəl törətmir. Deməli, beynəlmilləl mədəniyyətin içində o mədəniyyəti təmsil edən bütün xalqların və hətta etnik qrupların payı vardır. Bynəlmilləl mədəniyyət onu təmsil edən bütün xalqların , millətlərin və etnik qrupların ortaq mədəniyyətidir. Bu anlamda milli mədəniyyətlə beynəlmiləl bəşəri mədəniyyət arasında hər hansı bir ziddiyət yoxdur.
Bəşəri mədəniyyət xüsusi metodlar vasitəsilə və fərdi iradələrlə vücuda gələn dini, elmi, əxlaqi, hüquqi, iqtisadi, ədəbi və.s kimi süni ictimai hadisələrin bütünüdür. Milli mədəniyyəti formalaşdıran amillər isə süni deyil , təbiidir. Onu yaradan xalqın, millətin özüdür. Xalqın dili, yaratdığı şifahi xalq ədəbiyyatı məhsulları, işlətdiyi şeir vəzni, nağılla- rı dastanları, atalar sözləri, ilahiləri, bayatıları, laylaları, ağıları , türkü-ləri , əmək nəğmələri, tapmacaları , milli musiqisi , xəttatlığı, memarlı- ğı, xalçaçılığı, dulusçuluğu , cildçiliyi, nəqqaşlığı və s. xalqın ilhamın- dan qaynaqlandığı üçün təbiidir.
Türk mədəniyyəti tarixində bu üç mədəniyyətin üçü də özünü göstərmişdir. Türk milli təfəkkürünə dayanan milli mədəniyyət , kos- mopolit təfəkkürə dayanan saray mədəniyyəti və beynəlmilləlçiliyə dayanan bəşəri mədəniyyət Türk mədəniyyətinin ana sütununu təşkil etmişdir.
Milli mədəniyyətin ən yüksək göstəricisi milli dövlətdirsə, bəşəri mədəniyyətin ən yüksək göstəricisi İmperatorluqdur. Tarixə bəlli ilk İmperatorluq yaradan xalq Türklərdir.Türklərin “Tufan” dan əvvəl yaratdıqları Böyük Turan və sonra yaratdıqları bizim eraya qədərki İkinci Böyük Turan , Sak və Midiya İmperatorluqları , Şumer , Aratta, Lullu, Kuti və Manna dövlətləri, Göy Tanrı, Şamanizm, Azərdüstlük və Buddizm dinləri ilə yanaşı Türklərin bizim eramızda yaratdıqları döv-lətlər və İmperatorluqlar və onların tarixə bəxş etdikləri maddi, mənəvi, milli və bəşəri mədəniyyətlərindən də bəhs edəcəyik.
Yuxarıda da qeyd edildiyi kimi milli mədəniyyəti dövlət quran oturaq xalqlar, bəşəri mədəniyyəti isə ölkələr fəth edib böyük İmpera- torluqlar quran köçəri xalqlar yaratmışlar. Türklər tarixdə 150 dövlət, 25 İmperatorluq qurmuşlar.
Türk düşmənlərinin uzun müddət “köçəri” deyə iztehza etdiyi Türk etnosu əslində qədim və orta əsr passionarlığının əsas aparıcı ün-sürü, ifadə forması olmuşdur. “Passionarlıq” “millət” adlanan toplumun mövcudluğunu, mahiyyətini, mənəvi, ruhi və maddi əlamətlərini ifadə edən bir anlayış, onun funksiya və inkişafını şərtləndirən amillərdəndir. Tarixən Türklər böyük bir cöğrafi ərazilərdə, Şərqdən Qərbə, Qərbdən Şərqə, Şərqdən Şimala və Cənuba yürüşlər edərək bütün bu məkanları öz enerjiləri, ruhları və mədəniyyətləri ilə dolduraraq donuq xalqlara yeni həyat bəxş etmiş, dünya xalqlarının mədəniyyətlərini çulğalaşdı- raraq bəşəri bir mədəniyyət yaratmışlar. Məşhur xristian tarixçisi Mixa- il Siryaninin qeyd etdiyi kimi “Dünya Türkləri danışmağa kafi deyildi”.
Türk köçləri haqqında ilk məlumat eradan əvvəlki VI minillik- lərdə Şumer Türkləri, eradan əvvəl VIII-VI əsrlərdə Saka (Skif) Türkləri, eramızın II-IV əsrlərində Hun Türkləri, eramızın V əsrində Sak Türkləri ilə Amazonkalıların icdivazından yaranan Sarmat Türkləri, eramızın V əsrinin II yarısında Sabir Türkləri, eramızın VI-VII əsrlərin- də Bulqar Türkləri, eramızın IX əsrində Uyğur Türkləri, eramızın IX-XI əsrlərində Kuman (Qıpçaq), Peçeneq və Uz Türkləri, eramızın X-XI əsrlərində Oğuz Türkləri ilə bağlıdır ki,bunlardan Şumer, Saka, Hun, Qıpçaq və Oğuz köçləri həm böyük əraziləri əhatə etmiş, həm də çox mühüm tarixi nəticələrə səbəb olmuşdu. Böyük Atatürkün söylədiyi kimi “Türkə vətənlik etməmiş bir qitə yoxdur”.
Türklərin bizim eraya aid ilk köçü Hun Türklərinin adı ilə bağlı- dır. Bizim eranın II əsrində Hunlar Orxon bölgəsindən Güney Qaza- xıstan çöllərinə və Türküstana, bizim eranın IV əsrində Ağ Hunlar Əf-qanıstan və Şimali Hindistana, IV əsrin sonlarından Qərbi Hunlar Avropaya köç etmiş və bu dövürdə iki böyük İmperatorluq Qərbi Hun İmperatorluğu və Şərqi Hun (Ağ Hun-Eftalit) İmperatorluqlarını qurmuşlar.
Bizim eranın V əsrində Oğuzlar cənub – qərbi Sibirdən indiki Cənubi Rusiyaya, yenə V əsrdə Sabirlər Aralın şimalından Qafqaza, VI əsrin ortalarında Avar Türkləri Orta Asiyadan Mərkəzi Avropaya , VII əsrdə Bulqar Türkləri Qara dənizin şimalından Volqa çayı sahilləri- nə və Balkanlara, IX əsrdə bəzi Türk boyları və Macarlar Qafqazın şi- malından Mərkəzi Avropaya , yenə IX əsrdə Uyğurlar Orxon vadisin- dən Mərkəzi Asiyaya , X-XI əsrlərdə Peçeneq, Kuman (Qıpçaq) və Oğuzların bir qolu olan Uzlar Şərqi Avropa və Balkanlara , X əsrdə Oğuzlar Orxon bölgəsindən Seyhun çayı sahillərinə və XI əsrdə Per- siya , Azərbaycan, İraq, Suriya və Anadoluya , XIII əsrdə Türk-Moğol- lar (Tatarlar) Orxon bölgəsindən Qara dənizin quzeyi, Kırım, Macarıs- tan, Sileziya və Doğu Avropaya köç etmiş və bu dövrlər ərzində bir çox dövlət və İperatorluqlar qurmuşlar.
Təbiidir ki, bu köçlər bir çox səbəbdən baş vermişdir ki, bunlar- dan da ən başlıcaları iqtisadi sıxıntı, böyük ölçüdə quraqlıq, əhali çox-luğu və ərazi darlığı, hərbi uğurlar nəticəsində ölkələr fəth etmək və ən başlıcası dünyanı əmin-amanlığa qovuşdurmağı qayə hesab edən bir fəth fəlsəfəsi ilə Cahan hakimiyyəti məfkurəsi olmuşdur. Bütün bu köçlər və fəthlər Türklərə böyük uğurlar qazandırsa da , fasiləsiz ola- raq davam edən ölüm-qalım savaşları, milyonlarla Türkün şəhid olması , yabançı həyat tərzi , yabançı inançlar milyonlarla Türkün özünü qeyb etməsi ilə də nəticələnmişdir. Belə ki, Çində böyük bir İmperatorluq quran Tapqaç Türkləri sonradan Çinliləşmiş, Qərbi Hun Türklərinin böyük bir qismi Macarlaşmış, bir qismi isə digər Avropa xalqları içəri- sində ərimiş, Balkanlarda Bulqar Türkləri Bolqarlaşmış, Rusiyada, Gürcüstanda , Misirdə , Suriyada Qıpçaq Türkləri Ruslaşmış, Gürcüləş- miş, Ərəbləşmiş, Quzey Hindistanda Ağ Hun, Xələc və Baybars Türk- ləri Pakistanlaşmışlar.
Sak Türkləri ilə Amazonkaların icdivazından yaranan Sarmat Türkləri Hun Türkləri tərəfindən məğlubiyyətə uğradıldıqdan sonra müxtəlif ölkələrə yayılmışlar. Onların bir qismi indiki Qazaxıstana, bir qismi Fransa və İspaniyaya, bir qismi Britaniyaya , bir qismi isə Quzey Afrikaya köç etməyə məcbur olmuşlar. Fransa və İspaniyaya gələnlər bu ərazilərdə uzun müddət hökmranlıq etmiş, Qazaxıstana köçənlər Qazax Türklərinin etnogenezində yaxından iştirak etmiş, Britaniya istiqamətinə yürüş edənlər isə Britaniya dövlətçiliyinin əsasını qoy-muşlar. İngilis tədqiqatçılarının fikrincə Britaniyanın ilk əfsanəvi kralı, əfsanəvi Kamelot şəhər dövlətinin və ilk Britaniya Kralı Sülaləsinin əsasını qoyan məşhur Ser Artur Sarmat Türklərindən olmuş və məzarı- nın üzərində qədim Türklər kimi böyük bir Kurqan ucaldılmışdır (Seçmələr bizimdir- A.M. Bax:Bəxtiyar Tuncay, Sakların tarixi, dili və ədəbiyyatı, Bakı 2009, səh. 156).
Çox təssüflər olsun ki,min illik bir tarixi dönəmdə Yer kürəsinin müxtəlif yerlərində yaşamış və böyük dövlət və İmperatorluqlar qur- muş Türklər Cöy Tanrı, Samanizm, Azərdüstlük, Buddizm, İudizm, Xristianlıq, Manixeizm və İslam dini kimi dinlərdən istifadə etdiklərin- dən bir baxıma Türk milləti mənəvi baxımdan da parçalanmış, millət- lə birləşmə ruhu ortadan qaldırılmış, yerinə yeni – yeni inanclar yerləşmiş, ayrı-ayrı mədəniyyət və ədəbiyyat vücuda gətirilmiş, hətta bir- biri ilə savaşaraq bir- birlərinin dövlətlərini çökdürmüş, hakimiyyətdə bir- birini əvəz etmiş və bununla da sonda zəifləyib bugünkü duruma düşmüşlər.
Türk tarixinə nəzər saldıqda görürük ki, Böyük Hun İmprator- luğunu Türk boyları arasındakı çəkişmələrdən istifadə edən Çinlilər, Qərbi Hun İmperatorluğunu iç qarşıdurmalardan istifadə edən Siyen-pilər, Ağ Hun İmperatorluğunu başqa bir Türk boyu Cöy Türklər , Cöy- türk İmperatorluğunu qardaş qovğalarından istifadə dən Çinlilər, Xəzər İmperatorluğunu başqa bir Türk boyu olan Kumanlar, II Cöytürk İmpe- ratorluğunu başqa bir Türk boyu olan Uyğurlar, Uyğur Imperatorluğu- nu başqa bir Türk boyu olan Qırğızlar,Qaraxanlı dövlətini Qəznəlilər və Səlcuqlular, Qəznəlilər dövlətini Səlcuqlular, Böyük Səlcuqlu İmpe- ratorluğunu qanlı qardaş qovğaları, Xarəzimşahlar və Anadolu Səlçuq- lu dövlətlərini Türk-Moğollar, Azərbaycan Atabəylər dövlətini İlxanlı- lar, Qızıl Orda İmperatorluğunu Teymurlular və s. əvəz etmişdir. So- nuncu Türk İmperatorluğu olan Osmanlı İmperatorluğu da Avropanın müasirləşmiş, yeni texnologiya və hərbi gücə yiyələnməsi ilə XVII əsrin sonlarından başlayaraq mərhələ-mərhələ ağırlaşan mənəvi böh- ran, sarsılan milli məfkurə nəticəsində İmperiya ziyalıları arasında baş- layan ideoloji çəkişmələr Türk toplumunda və bütövlükdə İmperiya daxilində parçalanmalara nədən olmuş, milli mədəniyyət, məfkurə və Vətən şüuru ilə birlikdə milli birlik də təhdidə məruz qalmış, “Cahan ailəsi və millət atası” sayılan hökmdara olan inam sarsılmış, beləliklə , Türk milləti elm və mədəniyyətdən geri qalma anlayışı ilə tarixdə görünməmiş ağır bir mənəvi və ideoloji böhrana düşmüşdü. Maddi və mənəvi müvazinətini qeyb edən sonuncu Türk İmperatorluğu ilə yana- şı, müəzzən Türk mədəniyyəti də öz ehtişamını XX yüzilin ilk önilli-yində itirmiş oldu.
Tarix boyu haqq və ədalət uğrunda milyonlarla şəhid vermiş bir millətin yenidən İlahi himayə və yardımı ilə “Titrəyib özünə dönəcəyinə”, Türklərin öz iradə , ağıl və cəsarət ideallarını təmsil edən ağıllı, imanlı, məfkurə və elm sahibi olan həqiqi övladları sayəsində Türk millətinin tarixi əzəmətini və milli səadətini özünə qaytaracağına varlığımız qədər inanırıq.
AYDIN MƏDƏT OĞLU QASIMLI
FİLOLOGİYA ELMLƏRİ ÜZRƏ FƏLSƏFƏ DOKTORU













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru