Alla Puqaçova səhnəni tərk edir?

Bu gün, 12:38           
Alla Puqaçova səhnəni tərk edir?
Məşhur rusiyalı müğənni Alla Puqaçovanın son altı ay ərzində ürəyindən iki dəfə cərrahi əməliyyat keçirdiyi bildirilib.

Oxu.Az xəbər verir ki, bu barədə "Mash" "Telegram" kanalı məlumat yayıb.

Nəşr iddia edir ki, sənətçi altı ay əvvəl Avropa klinikalarının birində müalicə alıb. Orqanizmin ağır yüklənmələrə tab gətirə bilmədiyi üçün ifaçıya cərrahi müdaxilə edilib. Həkimlər səhhətindəki riskləri azaltmaq üçün tanınmış müğənniyə konsertlərdə çıxış etməməyi məsləhət görüblər. Mənbənin sözlərinə görə, məhz bu səbəbdən Puqaçova Tailandda 2 milyon dollarlıq konsert proqramından və 500 min dollar qonorarı olan özəl tədbirdə iştirakdan imtina edib.

Məsələ ilə bağlı açıqlama verən Alla Puqaçovanın nümayəndəsi Yelena Çuprakova yayılan məlumatları təkzib edib. O, müğənninin cərrahi əməliyyat keçirməsi və ya yaradıcılıq karyerasını başa vurması barədə xəbərsiz olduğunu bildirib:

Xatırladaq ki, Ukraynada hərbi əməliyyatlar başladıqdan sonra Alla Puqaçova həyat yoldaşı Maksim Qalkin və övladları ilə birlikdə Rusiyanı tərk edərək İsrailə köçüb. Hazırda cütlük mütəmadi olaraq müxtəlif ölkələrə səyahət edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru