Hər hakimin özünün vahid məhkəmə təcrübəsi var? -TƏFSİLAT

Bu gün, 07:38           
Hər hakimin özünün vahid məhkəmə təcrübəsi var? -TƏFSİLAT
2025-ci ilin oktyabrından - 8 aydır Ali Məhkəmənin İnzibati Kollegiyasının (s/e Rahib Nəbizadə, iş 3888) icraatında olan tələbkarın məhkəmə qərarının icrasını tələb edən iş üzrə məhkəmə tərkibinin 2 hakiminə (Rahib Nəbizadə , Səyyad Kərimov) etiraza Ali Məhkəmənin sədri nəinki dərhal, 8 aydır baxmır.

Ali Məhkəmə ötən il mümkün saydığı şikayəti 8 aydan sonra mümkünsüz sayaraq geri qaytarıb (??)

Bu iddialar jurnalist Məğrur Bədəlsoyun "Yenixeberorg.com"a ünvanladığı yazıda yer alır:

İnzibati mübahisələrə dair məhkəmə qərarlarının icrasının təmin edilməsi, hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə Ali Məhkəmə Plenumu vahid məhkəmə təcrübəsini formalaşdıran qərarlar qəbul edib. Vahid məhkəmə təcrübəsinə görə tələbkar ərizə vermədikdə belə məhkəmə xidməti vəzifəsinə görə İCRA HAQQINDA QƏRARDAD çıxarmağa borcludur. Etiraza gəldikdə isə vahid təcrübə məhkəməyə daxil olan ərizələrə dərhal MƏHKƏMƏ SƏDRİNİN baxmalı olmasını və uyğun qərardad qəbul etməli olmasını diqtə edir. Di gəl Ali Məhkəmənin özü özünün qəbul etdiyi qərarlara sayğısızlıq göstərir.

2025-ci ilin oktyabrından - 8 aydır Ali Məhkəmənin İnzibati Kollegiyasının (s/e Rahib Nəbizadə, iş 3888) icraatında olan tələbkarın məhkəmə qərarının icrasını tələb edən iş üzrə məhkəmə tərkibinin 2 hakiminə (Rahib Nəbizadə, Səyyad Kərimov) etiraza Ali Məhkəmənin sədri nəinki dərhal, 8 aydır baxmır. Bu 8 ayda tələbkarın Prezident (Administrasiyası), Milli Məclis, Ombudsman, hüquq orqanları başda olmaqla üz tutmadığı qurum qalmayıb. 8 aydır nə etiraza baxılır, nə işə.

Ali Məhkəmənin İnzibati Kollegiyasının (Rahib Nəbizadə, Səyyad Kərimov, Bəhram Məmmədli) 8 aydan sonra VAHİD MƏHKƏMƏ TƏCRÜBƏSİNİN MÖVCUD OLMASI “əsası” iləkassasiya şikayətini mümkün saymayıb geri qaytarması məlumatı verilib. Absurddur, birincisi, şikayət 8 ay qabaq mümkün sayılıb və 16.01.2026-cı ildə yazılı icraatda baxılacağı bildirilib. İkincisi, məhkəmə tərkibinə etiraz edilib və etiraza baxılmaması, 8 aydan sonra şikayətin mümkün sayılmaması , məhkəmə qərarının icrasına qadağa qoyulması nə məcəllədə yazılıb, nə vahid məhkəmə təcrübəsində. Yazılsa, yazılsa, yalnız məhkəmə hakimlərinin öz(başınalıq) məcəllələrində, təcrübələrində yazıla bilər. Belə qeyri-prosessual məcəllə, təcrübə ilə 8 aydan sonra mümkün sayılmayan şikayət, onlarla illərdir icrası mümkünsüz edilən məhkəmə qərarları elə Konstitusiyanın mümkün sayılmaması, məhkəmənin xəyali xarakter qazanması deməkdir.

Belə məhkəmə təminatı, məhkəmə qərarlarının icrasının ali səviyyədə mümkünsüz sayılması ilə hansı Konstitusiya təminatından, hansı hüquqdan danışmaq olar? Ünlü gülməcədə deyildiyi kimi, birdəfəlik deyin ki, paraşüt(hüquq) vermirik!

Qarşı tərəfin cavab haqqını tanıyırıq.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru