Bəxti bağlanmış Badamdar yolu - Sürüşmə təhlükəsinə görə bağlanan yolda bərpa işləri niyə aparılmır? - VİDEO

Dünən, 09:28           
Bəxti bağlanmış Badamdar yolu - Sürüşmə təhlükəsinə görə bağlanan yolda bərpa işləri niyə aparılmır? - VİDEO
Yol bağlanıb, hərəkət məhdudlaşdırılıb, amma aylardır yamacda gözəçarpan hər hansı iş görülmür.

Oxu.Az "Xəzər" TV-yə istinadən xəbər verir ki, bir neçə ay əvvəl Bakının Səbail rayonu, Cavidan İbrahimli küçəsi, Badamdar-20-ci sahə yolu kimi tanınan ərazidə yamacda aktivlik müşahidə edildiyi üçün təhlükəsizlik məqsədilə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.


Ərazidə yaşayanlar deyirlər ki, yol bağlanandan sonra vəziyyət elə əvvəlki kimi qalıb. Onların sözlərinə görə, nə yamacda bərkitmə işləri aparılır, nə də yolun nə vaxt açılacağı ilə bağlı sakinlərə konkret məlumat verilir.

Məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyəti və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi sözügedən ərazidə hər hansı iş aparmadıqlarını bildirib.

Məlumata görə, yolu sürüşmə təhlükəsi səbəbindən Fövqəladə Hallar Nazirliyi (FHN) bağlayıb və ərazidə görülməli olan tədbirlər də bilavasitə bu nazirliyin səlahiyyətindədir. İndi isə əsas sual budur: əgər ərazidə təhlükə hələ də qalırsa, bərkitmə işləri nə üçün aparılmır?












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru