Məşhur müğənni var-dövlətinin kimə qalacağını açıqladı

Bu gün, 11:28           
Məşhur müğənni var-dövlətinin kimə qalacağını açıqladı
Türkiyəli müğənni Demet Akalın yaxın dostu Fatih Ürekin vəfatından sonra gündəmə gələn miras müzakirələrinə münasibət bildirib.

TEREF xəbər verir ki, sənətçi açıqlaması zamanı öz vəsiyyəti ilə bağlı da danışaraq, bütün var-dövlətinin qızı Hiraya qalacağını deyib.

Fatih Ürekin bacısı Selvi Ürekin mərhum sənətçinin geyimləri, ayaqqabıları və digər şəxsi əşyalarının satılacağını açıqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bu açıqlamalara münasibət bildirən Demet Akalın Selvi Üreki tənqid edib.

"Əgər sənə nəsə qalmasını istəsəydi, sağlığında özü verərdi. Kaş ki, vəsiyyət yaza bilsəydi", - müğənni bildirib.

Ardınca isə Demet Akalın öz mirası ilə bağlı qərarını açıqlayıb. "Sağlığımda kimə nə vermək istəsəm, özüm verərəm. Qalan hər şey qızım Hiranındır. Bunu da mənim yazılı vəsiyyətim hesab edin", - o vurğulayıb.

Demet Akalının bu sözləri qısa zamanda sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub./Lent.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru