Bacılar maska taxmağı tövsiyə edən mühafizəçiyə 27 bıçaq zərbəsi vurdular - FOTO

29-10-2020, 09:53           
Bacılar maska taxmağı tövsiyə edən mühafizəçiyə 27 bıçaq zərbəsi vurdular - FOTO
ABŞ sakinləri olan iki bacı mağazada onlara maska rejiminə riayət etməklə bağlı çağırış edən mühafizəçini bıçaqlayıblar.

Bununla bağlı “Daily Mail” məlumat yayıb.

Bildirilib ki, Çikaqoda baş verən hadisə zamanı 21 yaşlı Cessika və 18 yaşlı Ceyla Hill mühafizəçiyə 27 bıçaq zərbəsi vurub.

Məlumatlara görə, Ceyla mühafizəçinin saçından tutub, Cessika isə cibindən bıçağı çıxardaraq, ona zərbələr endirib. Xəsarətlərə baxmayaraq, mühafiəzçi sağ qalıb.

Bacılar hadisə yerinə çağırılan polislər tərəfindən saxlanılıb. Qızların vəkili bildirib ki, hər iki bacı psixi pozğunluqdan əziyyət çəkir. Faktla bağlı məhkəmə prosesi noyabrın 4-nə təyin edilib.oxu.az















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru