Marsda canlı tapılıb (FOTO)

3-05-2015, 12:49           

Qırmızı planet Marsda canlı varlıq tapılıb. Ufoloqlar burada bizona bənzəyən heyvanın şəklini əldə ediblər.
Bu şəkil NASA-nın "Opportunity" cizahı ilə çəkilib. Mütəxəssislərin sözlərinə görə, tapıntı dörd ətrafı olan heyvana çox oxşayır.
İri başın üzərində görünənlər ağız, burun və gözlərə xatırladır. Daha çox bizona bənzədilən varlığın fərqi ətraflarının daha qısa olmasıdır.
Şəkillər internetə təsadüfən düşüb. NASA-nın özü isə hələlik yayılan xəbərləri şərh etməyə tələsmir. Hərçənd ki, Amerikanın Milli Kosmik Agentliyi olan NASA-nın siyasətinə əsasən, araşdırmalar ictimai mülk sayılır.

(anspress.com)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru