İŞİD Bağdadın 30 kilometrliyinə çatdı

3-05-2015, 22:55           
İŞİD Bağdadın 30 kilometrliyinə çatdı
İŞİD terror təşkilatı İraqın paytaxtı Bağdadın 30 kilometrliyində strateji əhəmiyyətə malik bölgələri ələ keçirib.

Axar.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə İraq ordusundan məlumat verilib. Paytaxt yaxınlığında yaranan şiddətli döyüşlərdə İraq ordusunun hərbi vasitələri məhv edilib.

Sözügedən bölgələrin terrorçular tərəfindən ələ keçirilmıəsinin Bağdad üçün böyük təhlükə meydana gətirdiyini deyən ordu mənsubları ələ keçirilən ərazilərdə silahsız əhalinin çox olduğunu, buna görə də terrorçuların sərt müqavimətlə qarşılaşmayacağını qeyd edib.

Əməliyyatların bu dəqiqələrdə davam etdiyi bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru