Zəngilanın polis rəisi işdən çıxarıldı - Ramil Usubov əmr verdi

4-05-2015, 21:09           
Zəngilanın polis rəisi işdən çıxarıldı - Ramil Usubov əmr verdi
Daxili İşlər Nazirliyində növbəti kadr dəyişkliyi baş verib.

AzVision.az xəbər verir ki, Daxili İşlər Naziri, general-polkovnik Ramil Usubovun müvafiq sərəncamı ilə Zəngilan Rayon Polis Şöbəsinin rəisi Səhyyəddin Səfərov tutduğu vəzifədən azad edilib.

Qeyd edək ki, polkovnik Səhyyəddin Səfərov artıq 23 ildir ki, Zəngilan Rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb.

Qeyd edək ki, Daxili İşlər Naziri, general-polkovnik Ramil Usubov işğal olunmuş rayonların polis bölmələrinə kompleks-inspeksiya yoxlaması göndərib. İlk hədəfdə Zəngilan Rayon Polis Şöbəsi idi və orada DİN-in aidiyyəti əməkdaşları tərəfindən kompleks-inspeksiya yoxlaması aparılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru