Bakı aeroportunda silahlı şəxs saxlanıldı

15-05-2015, 00:58           

teref.az - Heydər Əliyev adına Beynəlxalq Hava Limanında silahlı şəxs saxlanılıb. Bu barədə fins.az-a “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Xidmət rəisi Məhərrəm Səfərli məlumat verib. Onun sözlərinə görə, bu gün səhər saat 4-5 radələrində “Ukrayna Hava Yolları”na məxsus təyyarəyə minmək istəyən Azərbaycan vətəndaşı İsmayılov Vaqif Saleh oğlunun üzərindən “Makarov” tipli tapança aşkar edilib. Aviasiya Təhlükəsizliyi İdarəsinin əməkdaşları həmin şəxsi Daxili İşlər Nazirliyinin Hava Nəqliyyatında Polis İdarəsinə təhvil verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru